Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanla çərçivə sazişi nəyi nəzərdə tutur... - Ermənistandan açıqlama
Azərbaycanla çərçivə sazişi nəyi nəzərdə tutur... - Ermənistandan açıqlama
“Ermənistan və Azərbaycan arasında təklif olunan çərçivə sənədində iki ölkə arasında münasibətlərin qurulmalı olduğu ümumi prinsiplər var”.

Bizimyol.info erməni mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan məlumat verib.

Nazir müavini vurğulayıb ki, hazırda danışıqlar İrəvan və Bakıdan gələn təkliflər əsasında aparılır. O bununla bağlı suallara cavab verərək bildirib ki, ümumi prinsiplərə 1991-ci il Alma-Ata bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxildir.

Ermənistan diplomatı qeyd edib ki, oktyabrın əvvəlində Praqada bu istiqamətdə danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub. Eyni zamanda, Ovannisyanın sözlərinə görə, Ermənistan heç vaxt Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağın gələcəyi ilə əlaqələndirməyib.

Danışıqların predmetindən bəhs edən xarici işlər nazirinin müavini qeyd edib ki, Rusiya, Fransa, Avropa və ya Amerika variantları yoxdur, yalnız Ermənistan və Azərbaycan variantları var: “Danışıqlar iki ölkənin yanaşmaları ətrafında gedir. Danışıqlar prosesi indi müxtəlif istiqamətlərdə gedir: sülh müqaviləsi, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, Dağlıq Qarabağda insan hüquqlarının və təhlükəsizliyin təmin edilməsi”,- deyə, Paruyr Hovhannisyan bildirib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin tribunasından sülh müqaviləsi əvəzinə Azərbaycanla çərçivə sazişi imzalamağı təklif edib. Onun sözlərinə görə, sülh müqaviləsi sərhədin delimitasiyası və demarkasiyasının başa çatmasını nəzərdə tutur və bu, illərlə vaxt ala bilər.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »