Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ronaldonun şəkli "Old Trafford"-dan silinib: "Özümü xəyanət edilmiş hiss kimi edirəm"
Ronaldonun şəkli "Old Trafford"-dan silinib: "Özümü xəyanət edilmiş hiss kimi edirəm"
Portuqaliya Milli Komandası ilə dünya çempionatına hazırlıqlarını davam etdirən Kriştiano Ronaldo Piers Morgana müsahibəsi ilə dünya futbolunun gündəminə düşüb. Ulduz futbolçunun açıqlamalarının əks-sədası İngiltərə başda olmaqla hər ölkədə davam edərkən, klubu “Mançester Yunayted”dən maraqlı addım atılıb.

Bizimyol.info xəbər verir ki, Kriştiano Ronaldonun Piers Morqana verdiyi 90 dəqiqəlik müsahibənin tam versiyasının ilk hissəsi dünən axşam saatlarında yayımlanıb. Bazar ertəsindən etibarən qısa hissələr şəklində yayımlanan videomüsahibə daha çox “The Sun”da oxucular tərəfindən baxılıb.

Belə ki, bazar ertəsi yayımlanan Piers Morgan-a verdiyi müsahibənin birinci hissəsində Ronaldo Mançester Yunayted-ə transferindən tutmuş baş məşqçi Erik ten Hag ilə yaşadığı böhranlara, Ueyn Runi haqqında etdiyi tənqidlərdən Ralf dövrünə qədər hər şeyi izah edib.

Bundan əlavə, o, rəhbərliklə bağlı təəccüblü iddialar səsləndirib və övladının xəstəliyinə inanmadıqlarını bildirib.

37 yaşlı ulduz futbolçu müsahibənin çərşənbə günü yayımlanan bölümündə apreldə dünyaya gələn oğlunun ölümündən sonra ortağı Georgina Rodriguez ilə yaşadıqlarından da bəhs edib.

Mançester Yunayted mənə xəyanət etdi. Mən Erik ten Haqa hörmət etmirəm, çünki o, mənə hörmət etmir. Mənə hörmət etməyənə mən də hörmət etmirəm. Mənim üstümə çox gəlirlər və həmişə məni komandadan getməyə məcbur edirlər. Məni pis vəziyyətin səbəbkarı kimi qələmə verirlər. Bunu təkcə məşqçi yox, klubdakı bir neçə başqa adam da edir. Özümü xəyanət edilmiş hiss edirəm. Mən buna cavab verməməliyəm. Bilmirəm... Amma hər halda, vecimə deyil. İnsanlar həqiqəti dinləməlidirlər. Bəli, özümü xəyanət edilmiş hiss kimi edirəm. Mənə elə gəlir ki, bəziləri məni burada istəmir. Təkcə bu mövsüm deyil, keçən mövsüm də...

Ueyn Runinin niyə məni tez-tez tənqid etdiyini anlamıram. Məncə, azarkeşlər həqiqəti bilməlidirlər. Bu klub üçün ən yaxşısını istəyirəm. Ona görə də “Mançester Yunayted”ə gəldim. Ancaq burada bəzi şeylər var ki, zirvəyə çatmağımıza kömək etmədi, məsələn, Siti, Liverpul və hətta indiki Arsenal. Düşünürəm ki, nə vaxtsa bu klub zirvədə olmalıdır.

Mən “Mançester Yunayted”i sevirəm, azarkeşləri də sevirəm. Onlar həmişə mənimlədirlər.

Klubun layiq olduğu yolda olmadığını hamıdan yaxşı bilir. Təbii ki, hər kəs bundan xəbərdardır. Görməyənlər... Görmək istəmədikləri üçün özlərini kor göstərirlər.

Ser Aleks Ferqyusonun gedişindən sonra Mançester Yunayted heç bir irəliləyiş göstərmədi. Tərəqqi sıfırdır. Heç bir irəliləyiş görmədim.

"Mançester Yunayted"in menecerləri yeni doğulmuş qızımın xəstəliyinə inanmadılar. Bu, ayıbdır. Ona görə də mövsümöncəsi təlim-məşq toplanışına getmədim, ailəmin yanında olmalı idim.

Yeni doğulan oğlumun ölümü həyatımda yaşadığım ən ağır hadisə oldu. Qızımız Bella sağlam doğuldu, amma oğlumuz Angel dünyasını dəyişdi. Georgina ilə evə qayıdanda səbirsizliklə yeni doğulanlarını gözləyən uşaqlar, yalnız Bellanı gördülər; “Digər körpə haradadır, ata?”,-deyə soruşdular.

Böyük oğlum 12 yaşlı Kriştiano Jr vəziyyəti anladı və otağına getdi və ağlamağa başladı. Vəziyyəti Eva, Mateo və Alana Martinaya izah etməli olduq. Onlar Corjinanın ətrafında qaçaraq digər körpə haqqında soruşurdular. Biz Onlara baş verənləri danışdıq. Biz onlara dedik ki, onların bacısı mələk olub və indi cənnətdədir. Onlar xəbəri eşidəndən sonra onun üçün şəkillər çəkməyə başladılar. Göyü çəkib bizə gətirdilər və dedilər ki,”ata bax, bu mələk üçündür. O, göydən bizi izləyir””.

Xatırladaq ki, Ronaldonun müsahibəsinin ilk hissəsinin yayımlandığı gün açıqlama verən "Mançester Yunayted" ətraflı araşdırmadan sonra qərarın veriləcəyini bildirib. Daha sonra xəbərlərdə məşqçi Erikin Haqdan portuqaliyalı ulduzla yollarını ayırmasını istədiyi bildirilib. Bu açıqlamalardan komandanın bəzi futbolçularının da narahat olduğu və Ronaldonun bir daha heyətdə olmaması ilə bağlı razılaşdıqları bildirilib.

Bundan əlavə, futbol ictimaiyyəti Ronaldonun müsahibəsi haqqında danışılarkən, Mançester Yunayteddən diqqətçəkən bir hərəkət gəlib. Dünən axşam saatlarında "Qırmızı şeytanlar"ın "Old Trafford" stadionunun xarici üzlüyündən Ronaldonun şəkli sökülüb.

Sonda qeyd edək ki, Manchester Evening News-un məlumatına görə, Ronaldonun Old Trafforddakı şəkli stadionda Reqbi Liqası üzrə Dünya Kuboku tədbirinə ev sahibliyi edəcəyi üçün endirilib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »