Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Musk: "Twitter"də iş saatı artırılır, işləmək itəməyənlər təzminat alacaq
Musk: "Twitter"də iş saatı artırılır, işləmək itəməyənlər təzminat alacaq

Ötən həftələrdə 44 milyard dollarlıq sövdələşmə ilə "Twitter"i satın alan məşhur milyarder İlon Mask şirkətin işçilərindən iş vaxtının uzadılması ilə razılaşanları işlərinə davam etməsinə və ya təzminat alaraq işi tərk etmələrini istəyib.

Bizimyol.info xəbər verir ki, "Twitter" işçilərinə göndərilən e-poçta görə, Musk şirkətdəki yeni prosesdə qeyri-adi performansa ehtiyac olduğuna diqqət çəkib.

Musk sözügedən e-poçtda: "İrəli gedərək, təməlqoyma edən "Twitter 2.0" yaratmaq və getdikcə rəqabətli bir dünyada müvəffəqiyyətli olmaq üçün son dərəcə sərt olmalıyıq. Bu, yüksək intensivlikdə uzun saatlarla işləmək deməkdir”, - deyə bildirib.

O, yeni "Twitter"in bir hissəsi olmaq istəyən işçilərdən cümə axşamı Nyu-York vaxtı ilə saat 17:00-a qədər e-poçta əlavə edilmiş linkə klikləmələri istənilib.

Mask qeyd olunan müddət bitənə qədər öhdəliyi təsdiq etməyənlərin hərəkəti, 3 aylıq təzminat alaraq işdən ayrılmaq təklifi ilə razılaşmış olacaqları kimi anlaşılacağını qeyd edib.

Həmçinin e-poçtda: “İndi nə qərar versəniz də, "Twitter"in uğur qazanması üçün göstərdiyiniz səylərə görə sizə təşəkkür edirəm”, - deyə bildirib.

Bir müddət əvvəl İndoneziyanın Bali adasında keçirilən B20 konfransına qatılan milyarder iş adamı Mask həftənin 7 günü gecə-gündüz işlədiyini bildirib.

Qeyd edək ki,  "Twitter"in yeni sahibi İlon Mask ötən həfə işçilərin evdən işləməsinin şirkətə mənfi təsir etdiyini bildirən mesaj yazmışdı. O, bütün işçilərin şirkətin ofislərdə çalışmasının vacib olduğunu qeyd edərək, bununla razılaşmayanların işdən ayrılmalarını təklif etmişdi: "İşgüzar şərait olmadan uğur qazanmaq mümkün deyil", - deyə milyarder bildirmişdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »