Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük rüsumunun ləğvi avtomobil bazarına necə təsir edəcək...
Gömrük rüsumunun ləğvi avtomobil bazarına necə təsir edəcək...
Pandemiyadan sonra bütün sahələrdə olduğu kimi, bir müddət avtomobil bazarında da durğunluq yaşandı. Satıcıların təbirincə desək, “al-ver” dayandı. Bu dövrdə qəribə bir qeyri-müəyyənlik var idi. Hazırda isə, avtomobil bazarında müsbət dəyişiklər gözə dəyir. Belə ki, vətəndaşların avtomobilıərə marağı artıb. Qanunlarda edilən bəzi dəyişikliklər isə, avtomobili olmayan şəxsləri də avtomobil almağa həvəsləndirir.

Bu dəyişiklikıər xüsusilə ekoloji təmiz avtomobillərə şamil edilir.

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyində icraçı direktoru Eyyub Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hal-hazırda Azərbaycan avtomobil bazarın vəziyyət müsbətə doğru dəyişməkdədir.

Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin üzvü, mütəxəsssis Eyyub Əliyev Eyyub Əliyev

“Bildiyiniz kimi, elektrik avtomobillərinə gömrük rüsumu götürüldü. Bir il ərzində bu avtomobillər həm Ədv-dən azad oldu, ardınca mərkəzi bank Krediti 50%dən 10%ə saldı. Bu günlərdə isə 15% gömrük rüsumu ləğv edildi. Bu, avtomobil bazarına öz təsirini göstərəcək”,- deyə o qeyd edib.

Eyyub Əliyev bildirib ki, hazırda ikinci əl avtomobillərin satışı əvvəlki kimi deyil: “Dövlətin bu sektora olan diqqəti və son zamanlar sektor üçün atılan addımlardan sonra vətəndaşlar əsasən gözləmə mövqeyindədirlər. Satılan isə əsasən büdcə avtomobilləridir. 10-20 min manat arası olan avtomobillər əsasən satılır. Mühərrik həcmi böyük olan 2 -ci əl avtomobillərinin satışı isə çox ləng gedir. Belə avtomobilləri satmaq çox qəlizləşib”-deyə İB sədri əlavə edib.

Onun sözlərinə görə, yeni avtomobillərə gəldikdə, vətəndaşlar əsasən 30-45 min manat arası krossoverlərə üstünlük verirlər. Bunlar isə Çin və Koreya maşınlarının payına düşür. “Onu da qeyd edim ki, son zamanlar ən çox maraqlanılan avtomobillər həm də hibridlərdi. Əsasən, yaponiya istehsalı olan bu tip yeni avtomobillərə maraq böyükdür”,- deyə o qeyd edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »