Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Noyabrın 18-nə olan hava proqnozu
Noyabrın 18-nə olan hava proqnozu

Noyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-10° isti olacaq.

Son xəbərlər
Bütün xəbərlər »