Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyasını dəyişən qohumların adlarını uşaqlara vermək olarmı... - Numeroloqdan açıqlama
Dünyasını dəyişən qohumların adlarını uşaqlara vermək olarmı... - Numeroloqdan açıqlama
Bu il uşaqlara daha çox Uğur, Əli, Hüseyn, Yusif, Məhəmməd, Raul, Ömər, Murad, Adəm, Tunar, Zəhra, Aylin, Zeynəb, Məryəm, Fatimə, Nilay, Mələk, Ayla, İnci və Nuray adı verilib. Deyirlər, insanın adı onun taleyinə çox təsir edir. İnsan çox zaman həyatı adına uyğun yaşayır. Bəzi adlar insanlara uğur gətirsə də, bəzi adlar insanın həyatını cəhənnəmə çevirə bilir. Bu səbbədən də uşağa ad seçən zaman diqqətli olmaq lazımdır.

Dünyasını dəyişən qohumların, həyatında sıxıntılar yaşayanların adlarını uşaqlara qoymaq sonradan onların həyatına elə təsir edir ki… Hətta adına görə çətinliklər yaşayan insanların adlarını dəyişdirdiyinin də şahidi olmuşuq.

Numeroloq Xəyal Məmmədov saytımıza açıqlamasında bildirib ki, insanın adı onun enerjisində olan ikinci kateqoriya rəqəmlərə aiddir. Yəni insan adındakı hərflərin sayı bu insanın enerjisində ikinci kateqoriya rəqəmlər deməkdir:

Numereoloq Xəyal Məmmədov Xəyal Məmmədov

“ Bu, əsasən doğulduğu ölkə ilə əlaqəlidir.Gəlin mən sizə özümdən misal gətirim. Məsələn mənim adım Xəyal 5 hərfdir. Mən Azərbaycanda doğulmuşam. Mən bu adla Rusiya ərazisində doğulsaydım, adım 4 hərfli olacaqdı. İngiltərədə doğulsaydım h "eich" ilə adım yazılacaqdı və adım 6 hərfli olacaqdı. Yəni insanın doğulduğu məkan və ona qoyulan adın çox böyük rolu var. Burada önəmli olan adda olan hərflərin sayıdır”,- deyə numeroloq qeyd edib.

Onun sözlərinə görə, insanlara zaman-zaman müxtəlif adlar verilir. Bu bir dalğa kimidir. Məsələn, bu gün müəyyən adlar dəbdədir. 5-6 il sonra başqa adlar dəbdə olacaq. Adların səslənməsinin, mənasının numerologiyaya heç bir adidiyyatı yoxdur:

“Numerologiyaya aidiyyəti olan hərflərin sayıdır. Yəni hərflərin sayı nə qədər çox olsa bir o qədər yaxşıdır. Ancaq uşağa çox hərfli adlı ad qoyub, sonra onu qısaldılmış adla çağırmaq düzgün deyil. Yəni uşağa İsmayıl adı qoyub, sonra “İsik” çağırmaq düzgün deyil. Adları qısaltmaq olmaz. Ona görə əgər o ehtimal varsa, qısa ad qoyulması daha yaxşıdır. Uşağa elə ad qoyulmalıdır ki, gələcəkdə qısa adla çağırılmasın. Bu uşağın emerjisinə, gələcəyinə təsir edə bilər”,- deyə o əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »