Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arvadını qəsdən öldürən şəxs tutulub
Arvadını qəsdən öldürən şəxs tutulub

Noyabrın 16-sı Abşeron rayonu ərazisində 1994-cü il təvəllüdlü Əfsanə Nuruyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Abşeron rayon prokurorluğu məlumt verib.

Aparılan araşdırmalarla 28 yaşlı zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Səadətdin Nuriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Əfsanə Nuruyevanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən istintaq-əməliyyat tədbirləri ilə Səadətdin Nuriyevin olduğu yer müəyyən edilməklə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »