Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: "Bu, Rusiyanın istifadə etdiyi ən güclü və son silahıdır"
Zelenski: "Bu, Rusiyanın istifadə etdiyi ən güclü və son silahıdır"

Ukraynanın enerji infrastrukturuna hücumlar Rusiyanın istifadə etdiyi ən güclü və son silahıdır.

Bizimyol.info xəbər verir ki, Zelenski bu barədə informasiya telemarafonunun efirində yayımlanan Ukrayna mediası ilə söhbəti zamanı bildirib.

"Əgər biz bu qışdan sağ çıxsaq - və əminən ki, sağ çıxacağıq - bu müharibədə mütləq qalib gələcəyik. İnanın, enerji zərbələri Rusiyanın istifadə etdiyi ən güclü və son silahıdır", - o deyib.

Rusiya işğalçıları Ukraynanın hərbi obyektlərinə zərbə vurmur, lakin qəsdən kritik infrastrukturu, enerji stansiyalarını məhv etməyi hədəf alıblar.

Belə ki, oktyabrın 10-dan etibarən Rusiya Ukraynanın enerji sektoruna bir neçə məqsədyönlü hücum dalğasına başlayıb. Qazanxanalar, elektrik stansiyaları, istilik elektrik stansiyaları və digər obyektlər raketləri, həmçinin zərbə vuran dronlarla məhv edilir.

Rusiya Federasiyasının növbəti kütləvi hücumu noyabrın 15-də baş verib. Nəticədə ölkə üzrə 7 milyondan çox abonent elektrik enerjisindən məhrum olub. Rusiya demək olar ki, Ukraynanın elektrik infrastrukturunu tamailə iflic edib. Havaların soyuması enerjiyə olan tələbatı daha vacib edib, dağıdılmış infrastrukturla bunun öhdəsindən gəlmək imkansız olub, hazırda ölkədə çətin vəziyyət yaradıb.

Ukrayna Silahlı Qüvvələrinin yenilənmiş məlumatına görə, işğalçılar Ukrayna ərazisinə 96 hava və dəniz qanadlı raketləri (Kh-101, Kh-555, Kalibr), "Kh-59" idarə olunan raketləri, "Şahed-136", "Şahed-131, "Orion", "Orlan-10" hücum dronlarını buraxıblar.

Qeyd olunur ki, 75 ədəd "Kh-101", "Kh-555", “Kalibr” qanadlı raketi, iki ədəd Kh-59, 10 ədəd “Şahed-136/131” idarə olunan raketi, bir “Orion” PUA və bir “Orlan-10” PUA hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »