Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan büdcəsinin qeyri-neft kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 17,5 %-ə endiriləcək
Azərbaycan büdcəsinin qeyri-neft kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 17,5 %-ə endiriləcək

Azərbaycanın icmal büdcəsinin qeyri-neft kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 2027-ci ilədək 17,5 %-ə endirilməsi gözlənilir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Maliyyə Nazirliyinin Ortamüddətli Xərclər Çərçivəsinin Hazırlanması Mərkəzinin direktor müavini Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycan resursla zəngin ölkədir, neft ixracatçısıdır: "Resurs ölkələri üçün büdcə qaydalarının tədbiqi xüsusilə əhəmiyyətlidir. Çünki bu ilk növbədə büdcə intizamının təmin edilməsinə xidmət edir. Eyni zamanda, büdcənin gəlirlərinin müəyyən hissəsi neft gəlirləri təşkil edir. Resursla zəngin ölkələrdə büdcə qaydaları müəyyən olunarkən ümumi balans deyil, daha çox resurs balansı hədəf götürülür. Ona görə büdcə qaydasının iki əsas lövbərindən biri icmal büdcənin qeyri neft kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin hədəflənməsidir, nisbətin azaldılmasıdır".

R. Həsənov qeyd edib ki, 2018-ci ildə bu göstərici Azərbaycanda 30 %-dən yuxarı idi, ötən ilin yekunlarına görə bu nisbət 23,5 %-ə endirməyə nail olunub:

"Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş 2022-2026-ci illərdə Azərbaycan Respublikasının Sosial -İqtisadi -İnkişaf Strategiyasında bu göstəricinin 17,5 %-ə endirilməsi hədəflənir. Bu, önəmli məsələdir. Hazırda neftin qiyməti yüksəkdir. Hətta bu ilin dövlət büdcəsində nəzərdə tutulandan neftin qiyməti yüksəkdir. Amma dünyada gedən proseslər, xüsusilə dekarbonlaşma, "yaşıl iqtisadiyyat"la bağlı təşəbbüslərin artması, alternativ enerji mənbələri ilə bağlı istifadənin aktuallaşması və geniş vüsət alması neftin qiymətinin yüksək olması ilə bağlı nikbinliyi azaldır. Bu məsələ orta və uzunmüddətli perspektiv üçün nəzərdə tutulub. Buna görə də neft gəlirlərindən istifadədə bir qədər ehtiyatlı olmalıyıq".

Mərkəzin direktor müavini hesab edir ki, neft gəlirlərindən istifadəni azaltmaq və qeyri-neft gəlirlərindən istifadəni artırmaq, qeyri-neft gəlirləri hesabına azalan neft gəlirlərini bərpa etmək əsas hədəflərdən biridir.

Onun sözlərinə görə, bu, büdcə qaydasının tətbiqində öz əksini tapıb.

R. Həsənov deyib ki, son illərin mühüm büdcə islahatı büdcə qaydasının tətbiqidir: "B iz 2018-ci ildən büdcə qaydasını tətbiq etməyə başlamışıq. 2020-ci ildə pandemiya və neftin qiymətinin kəskin düşməsi səbəbindən digər ölkələr kimi bizdə büdcə qaydasının tətbiqini dayandırmışdıq. Lakin bu illin əvvəllindən büdcə qaydasının tədbiqi bərpa edilib. Büdcə qaydası bir qədər təkmilləşdirilib".

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »