Prezident İlham Əliyev Sumqayıt Dövlət Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Sərəncama əsasən, Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilib:
Feyziyev Fikrət Güləli oğlu
Zərbəliyev Məhəmmədəli Məzahir oğlu.
Universitetin aşağıdakı siyahıdakı digər əməkdaşları isə “Tərəqqi” medalı ilə təltif ediliblər:
Xəlilov Elmar Şirinbala oğlu
İsayev Əmirxan İsmayıl oğlu
Mahmudova Lalə Fəqail qızı
Məhərrəmova Sona Səbəddin qızı
Məmmədov Ceyhun Həsən oğlu.