Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşaya düşən raketlərin Ukrayna tərəfindən atıldığı güman edilir
Polşaya düşən raketlərin Ukrayna tərəfindən atıldığı güman edilir

Polşa prezidenti Anjey Duda və baş nazir Mateusz Moraviecki hərbçi mütəxəssislərlə görüşdən sonra dünənki raket ölkə ərazisinə düşən raketlərin qəsdən hücum əlaməti olmadığını deyib.

Polşa prezidentinin brifinqdə dediyi kimi, 1970-ci illərə aid "S-300" raketinin böyük ehtimalla Polşa ərazisinə atıldığı müəyyən edilib, lakin onun Rusiya tərəfindən buraxıldığına dair heç bir sübut yoxdur: "Bunun Ukraynanın hava hücumundan müdafiə raketi olması ehtimalı yüksəkdir", - deyə o qeyd edib.

O, Polşaya qəsdən hücuma işarə edən heç bir şeyin olmadığını vurğulayıb: "Heç nə, tamamilə heç bir iz, bunun Polşaya qəsdən edilmiş hücum olduğunu göstərmir. Bu, Polşaya yönəlmiş raket deyildi. Deməli, əslində buna Polşaya edilən hücum demək döğru olmaz", - deyə o bildirib.

Prezident vurğulayıb ki, çərşənbə axşamı Rusiyanın Ukraynaya kütləvi, görünməmiş geniş miqyaslı hücumu olub: "Rusiya bütün ölkə ərazisində, o cümlədən Polşa ilə həmsərhəd Volın və Lvov vilayətlərində 100-ə yaxın müxtəlif tipli raket atıb", - deyən Duda hadisəyə görə Rusiyanın məsuliyyət daşıdığını vurğulayıb.

“Ukrayna özünü müdafiə etdi, bu, aşkar və başa düşüləndir, həm də vəzifəsi Rusiya raketlərini vurmaq olan raketlər buraxıb. Yuxarıda deyilənlərlə əlaqədar olaraq, biz Rusiya tərəfinin yaratdığı çox ciddi toqquşma ilə, eləcə də ümumilikdə münaqişə ilə üzləşirdik. Əslində, buna görə də dünənki toqquşmada Rusiya tərəfinin günahı açıq-aydındır”, - Duda bildirib.

Qeyd edək ki, noyabrın 15-də iki raket Polşa ərazisinə - Ukrayna ilə sərhəddən 65 km məsafədə yerləşən Przevodovoya düşüb. Nəticədə iki nəfər ölüb. Bu, Rusiyanın Ukrayna ərazisinə kütləvi raket hücumu zamanı baş verib. Həmin gün Rusiya Ukrayna ərazisinə 100-ə yaxın raket atıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »