Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çindən asılı hala düşən Rusiya: Bu sahədə yalnız Şimali Koreyadan geri qalır...
Çindən asılı hala düşən Rusiya: Bu sahədə yalnız Şimali Koreyadan geri qalır...

Rusiya iqtisadiyyatının geriyə getməsinə təəccüblənmək olmur. Dünyanın inkişaf etmiş ölkələri Ukraynaya hücuma görə Kremldən üz döndərib. Qərb dövlətləri şirkətləri Rusiyadan gedib. İşsizlik faizləri xeyli artıb. Rusiya iqtisadiyyatının yeganə güman yeri Çindir. Buna görə də Asiya dövlətindən böyük asılılıq yaranıb.

Bizimyol.info xəbər verir ki, Rusiya iqtisadiyyatı Çindən asılılığa görə yalnız Şimali Koreyadan geri qalır. Qiymətləndirməni Finlandiya Bankı nəzdindəki institut aparıb. Ukrayna müharibəsindən əvvəl Rusiya Federasiyasına xaricdən mal tədarükünün dörddə biri Çinin payına düşürdü. Finlandiya Bankının Keçid İqtisadiyyatları İnstitutunun rəhbəri İikka Korhonen bildirib ki, noyabradək Asiya ölkəsi məhsullarının Rusiya idxalında payı 40 faizə yüksəlib. O, bu asılılığın daha da artacağına inanır. Norveç Müdafiə Araşdırmaları İnstitutunun köməkçi professoru İnqrid Opdal da Korhonenlə razılaşır. Onun sözlərinə görə, “Rusiyanın Asiyaya üz tutmasının” nəticəsi göz qabağındadır.

“Gələcəkdə Çin şirkətləri Rusiyanın indi Qərbdən ala bilmədiyi bəzi şeyləri əvəz edəcək. Ancaq bu, vaxt aparacaq və çətinliklərlə müşayiət olunacaq. Texnoloji cəhətdən inkişaf etmiş məhsullar baxımından, Çin hələ də Tayvan və ya Cənubi Koreya səviyyəsində mikroçiplər istehsal edə bilmir”, - Korhonen deyib.

Kim Çen In və Vladimir Putin Kim Çen In və Vladimir Putin

İqtisadçının fikrincə, ticarətin davam etdirilməsi müqabilində Pekin Moskvadan nə isə tələb edəcək. Məsələn, enerji resurslarına endirimlər. “Çinin xarici ticarət məlumatlarından görürük ki, onlar artıq Rusiya xam neftini digər ölkələrlə müqayisədə 16-17 faiz ucuz alırlar. 2022-ci ilə qədər belə endirimlər yox idi. Beləliklə, Çin idxalçıları bu vəziyyətdən faydalanır”, - Korhonen əlavə edib.

Opdal deyib ki, əgər Rusiya Qərb sanksiyaları ətrafında sabit təchizat zəncirləri təşkil etmək istəsə, Pekinin köməyi olmadan bunu həyata keçirmək mümkün olmayacaq, lakin “bu cür sxemlərin xərcləri həddən artıq azalacaq”. Bundan əlavə, bir çox Çin şirkətləri ABŞ-ın ikinci dərəcəli sanksiyalarından qorxurlar.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »