Rusiya raketi ilə vurulması iddiası olə Polşanın tələbi üzrə Alyansın 4-cü maddəsi əsasında noyabrın 16-da NATO səfirləri görüblər.
Bizimyol.info xəbər verir ki, iki avropalı diplomat "Reuters"ə bildiriblər ki, Alyans ehtiyatlı davranacaq və hadisənin dəqiq necə baş verdiyini yoxlamaq üçün vaxt tələb edəcək.
NATO-nun təsis müqaviləsinin 4-cü maddəsinə əsasən, üzvlər hər hansı narahatlıq doğuran məsələni, xüsusən də üzv ölkənin təhlükəsizliyi ilə bağlı məsələ qaldıra bilərlər. Daha əvvəl Polşa hökumətinin sözçüsü Piotr Müller bildirib ki, Varşava NATO Hərbi Alyans Müqaviləsi 4-cü maddəsinə uyğun olaraq məsləhətləşmələrə ehtiyac olub-olmadığını yoxlayır.
Mueller həmçinin bildirib ki, Polşa bəzi hərbi hissələrin hazırlığını gücləndirir, lakin o, insidentlə bağlı hər hansı suala cavab verməkdən imtina edib: "Bu yaxınlarda Polşadakı bəzi hərbi hissələrin və ölkəmizdə hüquq-mühafizə orqanlarının digər bölmələrinin döyüş hazırlığının artırılması ilə bağlı qərar qəbul edilib", - deyə o qeyd edib.
Verilən məlumata görə, 30 NATO ölkəsinin səfirləri Polşadakı insidentlə bağlı təcili danışıqlar üçün artıq Brüsselə toplaşıblar. İclasdan sonra NATO-nun baş katibi Yens Stoltenberqin jurnalistlər qarşısında çıxış edəcəyi gözlənilir.
Noyabrın 15-də Rusiyanın Ukrayna ərazisinə kütləvi raket hücumu zamanı 2 rus raketi Polşaya düşüb, iki nəfər həlak olub.
Polşa prezidenti Andjey Duda noyabrın 16-da Milli Təhlükəsizlik Şurasını toplayıb. O, daha sonra bildirib ki, hazırda bu raketi kimin buraxdığına dair qəti sübutlar var.
Polşa Xarici İşlər Nazirliyi Rusiya raketinin ölkə ərazisinə düşməsini təsdiqləyib və Rusiya səfirinə zəng edib. Rusiya Müdafiə Nazirliyi ənənəvi olaraq hücumda iştirakını inkar edir.
Qdir, Bizimyol.info