Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan indi də Aİ-nin "qanadları" altına sığınır: "...əməkdaşlıq potensialına sahibik"
Ermənistan indi də Aİ-nin "qanadları" altına sığınır: "...əməkdaşlıq potensialına sahibik"
Təhlükəsizlik Şurasının katibi avropalı diplomatlarla görüşdə Azərbaycanla danışıqların detallarını müzakirə edib.

Bizimyol.info erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çərşənbə axşamı Aİ-nin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi elçilərindən ibarət nümayəndə heyəti ilə danışıqlar aparıb.

Qriqoryanın sosial şəbəkələrdə verdiyi məlumata görə, görüşdə o, İrəvanla Bakı arasında aparılan danışıqların təfərrüatlarını, regionda nəqliyyat və iqtisadi kommunikasiyaların blokunun açılması problemlərini, həmçinin təhlükəsizlik məsələlərini təqdim edib.

Xəbərdə bildirilir ki, Təhlükəsizlik Şurasının katibi Ermənistan və Aİ arasında demokratik dəyərlərə əsaslanan tərəfdaşlığı yüksək qiymətləndirib.

O, təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi potensialından da danışıb. Bu kontekstdə Aİ-nin Ermənistandakı monitorinq missiyasının əhəmiyyəti qeyd edilib.

Media orqanı sonda xatırlatma edir ki, bundan əvvəl Avropa İttifaqının xüsusi nümayəndələrindən ibarət nümayəndə heyəti Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və parlament sədrinin müavini Ruben Rubinyanla da danışıqlar aparıb.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »