Bizimyol.info xəbər verir ki, bunu erməni mediası yazıb. Xəbərdə bildirilir ki, ABŞ dövlət katibi Entoni Blinken ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığından bəhs edib.
Erməni mediası yazır ki, ABŞ Departamentinin rəhbərinin sözlərinə görə, o, Ermənistanın baş nazirini Azərbaycanla danışıqların tempini saxlamağa çağırıb.
Bundan əlavə bildirilir ki, Blinken tvitter hesabında "Mən Baş nazir Paşinyanı noyabrın 7-də Vaşinqtonda XİN rəhbərlərinin görüşündən sonra Azərbaycan-Ermənistan sülh danışıqlarının tempini saxlamağa çağırdım. ABŞ bu səylərə sadiq qalır", - deyə yazıb.
Xatırladaq ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, eləcə də dövlət katibi Entoni Blinkenin iştirakı ilə görüş noyabrın 8-də Vaşinqtonda baş tutub.
Leyla Mirzə, Bizimyol.info