Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: Təxribat düzgün seçim deyil
Ərdoğan: Təxribat düzgün seçim deyil

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü deyib ki, o, Rusiyanın Polşaya düşən raketlə bağlı insidentdə iştirak etmədiyini düşünür.

“Polşaya düşən raketin onların olmadığını deyən Rusiyanın mövqeyinə hörmət etməliyəm. Bu, bizim üçün vacibdir”, - Ərdoğan Balidə keçirilən G20 sammitində iştirakın nəticələri ilə bağlı sualını cavablandırarkən deyib. Türkiyə lideri həmçinin hadisənin ətraflı araşdırılmasına çağırıb.

Bundan başqa, Ərdoğan ABŞ prezidenti Co Baydenin “bunlar Rusiya istehsalı olan raketlər deyil” açıqlamalarını vacib adlandırıb. “Almaniya kansleri Olaf Şolz altı NATO ölkəsi kimi bir-biri ilə əlaqə saxladıqlarını söylədi. Baydenin bəyanatı da var idi. Zənnimcə, raketlərin Rusiya istehsalı olmasının israrlı olması bu sualı doğuracaq. Biz Rusiya və Ukraynanı mümkün qədər tez eyni danışıqlar masasına oturtmağa çalışırıq. Bu baxımdan hesab edirik ki, təxribat düzgün seçim deyil. Sülhə gedən yol dialoqdan keçir”, - Türkiyə prezidenti əlavə edib.

Çərşənbə axşamı Polşanın şərqində, Ukrayna ilə sərhəddə yerləşən Lyublyana vilayətinin Pşevodov kəndinə raket düşüb, iki nəfər həlak olub.

Respublika Prezidenti Anjey Dudanın sözlərinə görə, raketi kimin atdığını göstərən hələlik heç bir sübut yoxdur. Polşa Xarici İşlər Nazirliyi raketin Rusiya istehsalı olduğunu iddia edib. Öz növbəsində ABŞ prezidenti Co Bayden qeyd edib ki, Polşaya düşən raketin Rusiyadan atıldığı barədə iddiaları təkzib edən ilkin məlumatlar var.

Rusiya Müdafiə Nazirliyi Polşa KİV-lərinin və rəsmilərinin guya Rusiya raketlərinin Pşevodov bölgəsinə düşməsi ilə bağlı bəyanatlarını təxribat adlandırıb. Nazirlik Ukrayna-Polşa sərhədi yaxınlığında Rusiya silahlarının heç bir zərbə endirmədiyini bildirib. Rusiya baş qərargahı qeyd edib ki, Polşa mediasının hadisə yerindən yaydığı qalıqların fotoşəkillərinin Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »