Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin növbəti plenar iclası başlayıb
Milli Məclisin növbəti plenar iclası başlayıb

Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Bizimyol.info, xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 18 məsələ daxil edilib.

Gündəliyə daxil edilmiş məsələlər:

1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş).

2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş).

4. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (birinci oxunuş).

5. “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (birinci oxunuş).

6. Vergi Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).

7. Gömrük Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).

8. “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

9. “Sosial sığorta haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

10. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

11. Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).

12. “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

13. Əmək Məcəlləsinə dəyişiklik layihəsi (birinci oxunuş).

14. “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

15. “Büdcə sistemi haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

16. “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

17. Milli Məclisin 2023-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi.

18. Hesablama Palatasının 2023-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi.

Son xəbərlər
Bütün xəbərlər »