Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putindən növbəti maraqlı sərəncam: bu şəxslər də hərbi xidmətə çağırılacaq
Putindən növbəti maraqlı sərəncam: bu şəxslər də hərbi xidmətə çağırılacaq
Rusiyada xarici vətəndaşlığı olan şəxslər də hərbi xidmətə cəlb olunacaqlar. Belə ki, bununla bağlı fərman Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb. Qərar, dinc dövrdə xarici dövlətin vətəndaşlığına və yaşayış icazəsinə, eləcə də xarici dövlətin ərazisində daimi yaşamaq hüququnu təsdiq edən digər sənədə malik olan vətəndaşların hərbi xidmət keçməsinə icazə verir.

“Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfdən kifayət qədər yaxın şərqdən hərbçilərin gətirilib, müharibədə iştirak etməsi ilə bağlı məlumatlar yayılmaqdadır. Hətta təkcə Rusiya tərəfdən deyil, eləcə də Ukrayna tərəfdən legionerlərin olması ilə bağlı məlumatlar yayılmaqadadır”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Samir Hümbətov qeyd edir ki, Rusiyada döyüşən hərbçilərin bir qismi Suriyada döyüşən, Bəşər Əsədə xidmət edən hərbçilərdir.

Samir Hümbətov

Samir Hümbətov“Hətta Afrika ölkələrindən gəlib döyüşən pullu döyüşçülər də var. Rusiya uduzduqca daha çox aqressivləşir. Bu qanunu imzalamaqla, hesab edirəm, Putin mesaj ötürməyə çalışır ki, biz müharibəni bundan sonra da davam etdirə bilərik və etdirəcəyik. Qanunu imzalamasının digər bir tərəfi də ola bilər ki, Putin artıq başa düşür ki, öz hərbçiləri döyüşə bilmir. Professionalları sıradan çıxarılıb, məhv edilib. Bununla bağlı məlumatlar yayılır. Bu qanun həm də Qərb ölkələrinə mesajdır ki, müharibəni Ukrayna üzərində davam etdirsəniz, xarici ölkələrdən hərbçilər dəvət ediləcək” - deyən ekspert bildirib ki, bu vəziyyət nəticəni dəyişmir.

Rusiya, Ukrayna üzərində gücünü saxlaya bilmir və tutduğu ərazilərdən yavaş-yavaş çəkilir. Və yaxud Ukrayna Silahlı Qüvvələri torpaqlarını işğaldan azad edə bilir. Xarici ölkələrdən döyüşçülərin cəlb edilməsi bir çox ölkələr tərəfindən həyata keçirilir. Hətta Ermənistan da Livandan, Suriyadan, Fransadan döyüşçülər gətirmişdi.

“Məlumatalar görə, döyüşçülər arasında Cənubi Kiprdən, Yunanıstandan muzdlu döyüşçülər gətirilmişdi. Görünür, Rusiya da oxşar addım atmaq istəyir” - deyə ekspert qeyd edib.

Politoloq bildirib ki, bu qanunun qəbul edilməsi, Rusiyanın müharibədə qələbə qazanmasına şərait yaratmayacaq.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »