Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Unibank Bank of New York Mellon-da müxbir hesabı açıb
Unibank Bank of New York Mellon-da müxbir hesabı açıb

Unibank KB Bank of New York Mellon-da müxbir hesabı açıb. Bu, “Unibank”ın beynəlxalq hesablaşmalarda fəaliyyətini genişləndirilməsinə, eyni zamanda beynəlxalq pulköçürmə xidmətlərinin təşviqinə xidmət edəcək.

Unibank KB İdarə Heyətinin sədri Faiq Hüseynov bu müqaviləni yüksək qiymətləndirib: “Bu əməkdaşlıq “Unibank”ın xarici maliyyə inistitutları ilə əlaqələrinin genişləndirilməsi istiqamətində  atdığı növbəti uğurlu addımlardan biridir. Bankımız qarşıya qoyulan bütün beynəlxalq prosedurları uğurla icra edərək, müştərilərimiz üçün çox əhəmiyyətli olan bu əməkdaşlığın əldə olunmasına nail oldu. Bu müqavilə həm də Banka olan yüksək etimadın göstəricisidir. Xidmətləri beynəlxalq arenada genişləndirməyimiz müştərilərimizin, eyni zamanda kiçik və orta sahibkarlığın və mikro biznesin ölkə xaricinə köçürmələrini, ödənişlərini daha da asanlaşdıracaq”.

Qeyd edək ki, Amerika bankında birbaşa müxbir hesab Unibank müştərilərinə transsərhəd ödənişlər üçün ABŞ dolları ilə daha çevik və səmərəli hesablaşmalar aparmağa və komissiya xərclərini azaltmağa imkan verəcək.

Unibank haqqında

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın iri özəl banklarından biridir. Bank paytaxtda və regionlarda geniş xidmət şəbəkəsinə malikdir. 30 ildir fəaliyyət göstərən Unibank, 1,5 milyondan çox fərdi və korporativ müştəriyə xidmət göstərir. Unibank uğurlu kommersiya fəaliyyətinə və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.  Bank haqqında ətraflı https://unibank.az/ səhifəsindən öyrənə bilərsiniz.

Unibank - Sənin Bankın!

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »