Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Ukraynaya son gündə endirilən raket zərbələrinin sayını açıqlayıb
Zelenski Ukraynaya son gündə endirilən raket zərbələrinin sayını açıqlayıb

“Noyabrın 15-də Ukrayna ərazisinə, əsasən enerji obyektlərinə olmaqla, 85 raket zərbəsi endirilib”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.

Ukrayna lideri qeyd edib ki, daha 20-yə yaxın zərbə endiriləcəyi gözlənilir.

“Bilirəm ki, raket zərbələri bir çox şəhərlərdə enerjimizi kəsib. Ona görə də sizdən çox xahiş edirəm: özünüzə diqqət edin və bir müddət sığınacaqlarda qalın. Enerji ötürülməsinin bərpası üzərində işləyirik, biz hər şeyi bərpa edəcəyik, hər şeyin öhdəsindən gələcəyik”, - o bildirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »