Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 36 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Bizimyol.info”ya verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 612 nəfər müalicə olunaraq sağalıb, hazırda 184 aktiv xəstə var. Bu günə qədər 9 965 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 448, bu günə qədər isə ümumilikdə 7 347 597 test icra olunub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »