Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Litva ilə sosial sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Litva ilə sosial sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Litvanın Sosial Təminat və Əmək Nazirliyi yanında Dövlət Sosial Sığorta Fondunun direktoru Julita Varanauskienenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

APA xəbər verir ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Litva arasında dostluq münasibətlərinə əsaslanan əlaqələrin ildən-ilə inkişaf etməkdə olduğunu qeyd edib. Nazir 2019-cu ilin oktyabr ayında Bakı şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litvanın Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığa dair imzalanmış Sazişin sosial sahədə əlaqələrin inkişafına zəmin yaratdığını diqqətə çatdırıb.

Məşğulluq orqanları arasında, habelə tvinninq layihəsi çərçivəsində də əməkdaşlıq təcrübəsinin olduğu qeyd edilib. Əmək və məşğulluq, əhalinin həssas qruplarına sosial xidmətlərin göstərilməsi sahələrində də ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğu vurğulanıb.

Nümayəndə heyətinə ölkəmizdə son illər aparılan sosial islahatlar, DOST konsepsiyası, pensiya və digər sosial ödənişlərin artırılması istiqamətində atılan mühüm addımlar, sığorta-pensiya sisteminin təkmilləşdirilməsi üçün görülən işlər barədə məlumat verilib. Ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən göstərilməsi və avtomatlaşdırılması sahəsində əldə olunan təcrübə qeyd edilib.

J.Varanauskiene ölkəmizə səfərindən və burada sosial sahədə əldə olunan nailiyyətlərlə tanış olmaqdan məmnunluğunu bildirib. Görüşdə gələcək əməkdaşlıq, qabaqcıl təcrübələrin mübadiləsi, habelə Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ilə Litvanın Sosial Təminat və Əmək Nazirliyi yanında Dövlət Sosial Sığorta Fondu arasında qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »