Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: Böhranın qarşısın almaq üçün gübrə bazarı sabitləşməlidir
Ərdoğan: Böhranın qarşısın almaq üçün gübrə bazarı sabitləşməlidir

Balidə G20 sammitində olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı günü gələn il daha da böyük ərzaq böhranının qarşısını almaq üçün gübrə bazarını tez bir zamanda sabitləşdirməyin lazım olduğunu söylədi.

Bizimyol.info xəbər verir ki, bu barədə o, G20 sammitindəki çıxışında bildirib.

“Dünya həm buğda, həm də düyü, günəbaxan yağı və qarğıdalıda böhran perspektivi ilə üz-üzədir. Qlobal gübrə bazarı da sürətlə sabitləşməlidir. Əks halda, gələn il biz daha böyük ərzaq böhranı ilə üzləşəcəyik. İxrac olunan taxılın ona ciddi ehtiyacı olan inkişaf etməmiş bölgələrə, xüsusən də Afrikaya çatması üçün addımlar atmalıyıq. Biz qida böhranını aradan qaldırmaqla yanaşı, enerji mərkəzi olaraq yaxın regionumuzun, xüsusilə də Avropanın təhlükəsizliyinə açıq şəkildə dəstək veririk”, - deyə Türkiyə prezienti bildirib.

Çərşənbə axşamı günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitində iştirakından sonra bildirib ki, İstanbulda əvvəllər əldə edilmiş razılaşmalara baxmayaraq, Rusiya Federasiyası hələ də taxıl və gübrələrin ixracı qarşısında maneələrlə üzləşir.

Ukraynadan ərzaq ixracına dair müqavilələr iyulun 22-də 120 gün müddətinə bağlanıb. O müqavilələr noyabrın 19-dək etibarlıdır və tərəflərdən heç biri (Rusiya, BMT, Ukrayna, Türkiyə) qarşı çıxmazsa, avtomatik olaraq 120 gün müddətinə uzadılır. Müqavilələrdən biri Kiyevin nəzarətində olan Odessa, Çernomorsk və Yujnı limanlarından taxıl ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »