Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynalı general: "Geri çəkilməsəydilər, tamamilə məhv olardılar"
Ukraynalı general: "Geri çəkilməsəydilər, tamamilə məhv olardılar"
"Rus qoşunlarının Xerson vilayətinin sağ sahili və Xerson şəhəri ərazisindən çıxması Ukrayna Müdafiə Qüvvələrinin peşəkar fəaliyyəti sayəsində mümkün olub.Düşmən geri çəkilməsəydi, onun qoşunu tamamilə məhv olardı. İşğal altında olan Donetskdə də oxşar perspektiv var. Ukrayna ordusunun səriştəli hərəkətləri təcavüzkarı mühasirəyə düşmək və məhv olmaq qorxusu ilə bu şəhəri tərk etməyə məcbur edə bilər".

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko danışıb.

O, qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələri özünü çox peşəkar aparır və asimmetrik hərəkətlər həyata keçirir:

“Bəlkə də Zaporojye istiqamətindən Melitopol, Mariupol, Berdyanska, həm də şimaldan, Luqansk istiqamətindən zərbə endirmək və Svatovonu azad edib, irəli getmək daha məqsədəuyğun olardı. Ola bilsin, Donetskə gec çataq. Amma düşmən mühasirəyə düşməkdən, parçalanmaqdan qorxduğu üçün Xersonu tərk etdiyi kimi, digər şəhərləri də tərk etməyə məcbur olacaq”-deyə, general qeyd edib.

Onun sözlərinə görə, Volıniyada Belarusla sərhəddə divar tikilir. Amma bu divar hərtərəfli nəzərdən keçirilməlidir:

“Sizcə, Baltikyanı ölkələr heç bir səbəb olmadığı üçün belə divarlar tikirlər? Bu, Belarusla sərhəddə təxribatların qarşısını almağa imkan verir. Təxribat qrupları üçün ciddi maneədir. Qoşunların hücumu məsələsinə gəldikdə isə, bu divarlarda boşluqlar var. Ukraynanın şimal istiqaməti bataqlıqlardır, meşələrdir. Bu, çox yaxşıdır. Həmin yollar artıq minalanıb və yəni bu, düşmən üçün çox çətin bir istiqamətdir”-dey,ə general qeyd edib.

Onun sözlərinə görə, hazırda Rusiya, Belarus ərazisində aviasiya qrupu yaradır. Çünki onlar daha çox uğur qazanırlar: “Şəxsi heyətə gəlincə, ola bilsin ki, Xerson istiqamətindən çıxan bəzi bölmələr ora köçürüləcək. Amma düşünürəm ki, bu kadrlar, əsasən, şərq və cənubda tapşırıqları yerinə yetirəcək”-deyə, Romanenko vurğulayıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »