Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sunak: Çin Britaniya iqtisadiyyatına təhlükə yaradır
Sunak: Çin Britaniya iqtisadiyyatına təhlükə yaradır

Britaniyanın baş naziri Rişi Sunak Çinin krallığın iqtisadi təhlükəsizliyi üçün ən böyük təhdid olduğunu bildirib, Times qəzeti yazır.

“Mən Çinlə bağlı fikrimi səmimi deyirəm. Hesab edirəm ki, Çin birmənalı olaraq bizim dəyərlərimizə, maraqlarımıza sistemli təhlükə, deyək ki, sistemli təhdid yaradır. Buna görə də Çin bübhəsiz ki, bizim iqtisadi təhlükəsizliyimiz üçün ən böyük milli təhlükə sayıla bilər”, - Britaniya hökumətinin başçısı G20 sammitinin kənarında deyib.

Bundan əlavə, Sunak London adından Tayvanı “Çin təcavüzünə qarşı” dəstəkləməyə söz verib. Baş nazirin sözlərinə görə, Qərb ölkələri Böyük Britaniyanın Çinin Qərbin dəyər və maraqlarına sistemli şəkildə meydan oxuması ilə bağlı fikirləri ilə böyük ölçüdə razılaşır. Eyni zamanda, siyasətçi əlavə edib ki, Pekinlə dialoq lazımdır, əks halda iqlim dəyişikliyi və Ukrayna münaqişəsi kimi qlobal problemlərin həlli mümkün deyil.

Bundan əvvəl Sunak "The Telegraph" üçün yazdığı məqalədə Rusiya Federasiyasının qlobal iqtisadiyyata təsirini minimuma endirməyə kömək edəcək plan təklif etmişdi.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »