Bizimyol.info xəbər verir ki, bir qrup jurnalistə Ukrayna-Rusiya müharibəsi ilə bağlı qiymətləndirmələr edən və adının açıqlanmasını istəməyən yüksək rütbəli Pentaqon rəsmisi Rusiyanın Xerson şəhəri başda olmaqla, böyük bir torpaq sahəsini Ukraynaya buraxmaq məcburiyyətində qaldığını bildirib.
Ukrayna ordusunun Xersonda rusların qoyduğu barrikadaları və minaları təmizləməyə və şəhərdə dəyən ziyanı müəyyən etməyə davam etdiyini bildirən səlahiyyətli, “İlk təsbitlərə görə, su daxil olmaqla, bir çox mülki infrastruktura ciddi ziyan dəyib. Şübhə yoxdur ki, bizi hələ çətin döyüş gözləyir, çünki ruslar işğal olunmuş Ukrayna ərazisinin qalan hissəsindən geri çəkilmək niyyətində deyillər. Lakin Xersonun xilas edilməsi mühüm və Ukrayna xalqının və ordusunun öz ölkəsini müdafiə etməkdə qətiyyətini və möhkəmliyini göstərən nailiyyətdir”, - deyə bildirib.
ABŞ-ın beynəlxalq tərəfdaşları ilə bacardığı qədər Ukrayna ordusuna dəstəyini davam etdirəcəyini vurğulayan rəsmi Rusiyanın Xersondan çıxarılmasını “strateji qələbə” və əməliyyat baxımından əhəmiyyətli bir inkişaf kimi qiymətləndirib.
Leyla Mirzə, Bizimyol.info