Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ordunu tənqid edənlər cəzalandırılacaq - Putindən yeni qanun layihəsi...
Ordunu tənqid edənlər cəzalandırılacaq - Putindən yeni qanun layihəsi...
Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı saxta xəbərlər yayan Rusiya vətəndaşları üçün “sürpriz” təklif açıqlayıb. Belə ki, təklif qanuna çevrilərsə, müxalif ruslar üçün çətin günlər başlayacaq.

Bizimyol.info xəbər verir ki, Rusiyanın dövlət xəbər agentliyi "RİA Novosti"-nin məlumatına görə, Putin aprel ayında qəbul edilən “Rusiya vətəndaşlığı qanunu”na “vətəndaşlığın ləğvi və ona qarşı cinayətləri ümumiləşdirən” düzəlişlər təklif edib. Təklif olunan qanuna əsasən, Rusiya Ordusu haqqında “saxta xəbərlər” yaymaqda və ya ordunu “diskreditə etməkdə” təqsirli bilinən şəxslərin vətəndaşlığı ləğv edilə bilər.

Bundan əlavə, təklifə əsasən, “Rusiyanın ərazi bütövlüyünü pozmağa” çağırış edənlər və “arzuolunmaz” təşkilatlara mənsub olanlar da Rusiya dövləti tərəfindən vətəndaşlıqdan məhrum edilə bilər.

Vətəndaşlığın ləğvi ilə cəzalandırılan cinayətlərin genişləndirilmiş siyahısının hazır olduğunu bildirən xəbərdə cinayətlər belə sıralanıb: ictimaiyyəti radikal fikir ayrılığına sövq etmək, Rusiya bayrağını təhqir etmək, terrorizm, dövlət məmurunun həyatını təhdid etmək və narkotik, insan alveri.

Qeyd olunub ki, bu qanun dəyişikliyi yalnız sonradan Rusiya vətəndaşlığını almış şəxsiyyət vəsiqəsi sahibləri üçün keçərli olacaq.

Sonda əlavə edək ki, rusiyalı deputatlar yeni qanun layihəsini tez bir zamanda parlamentdən keçirmək və Putinin imzalaması üçün masaya qoymaq qərarına gəliblər.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »