Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan rəsmisi: “Belə vəziyyətdə sülh müqaviləsinin bağlanması mümkün deyil”
Ermənistan rəsmisi: “Belə vəziyyətdə sülh müqaviləsinin bağlanması mümkün deyil”
“Dağlıq Qarabağ münaqişəsi həll edilmədən və ya ən azı onun dəqiq necə həll olunacağı aydınlaşdırılmadan Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkün deyil”.

Bizimyol.info erməni saytlarına istinadən xəbər verir ki, bunu "CivilNet" resursuna Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanın təqdim etdiyi beş prinsip və onların genişləndirilmiş variantı üzərində işləyib və bunun əsasında noyabrın 7-də Vaşinqtonda iki ölkənin xarici işlər nazirlərinin görüşü keçirilib.

Bundan əlavə, Qriqoryan qeyd edib ki, bu mətn Ermənistanla Azərbaycan arasında mövcud problemləri hərtərəfli həll etməyə qadir olan çərçivə sazişi kimi görünür.

Onu da qeyd edək ki, erməni mediası yazır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi sülh prosesinin çərçivəsinin getdikcə daha aydın göründüyü qənaətindədir.

Erməni mediası xatırlatma bölümündə bildirir ki, bu ilin yazında vasitəçilər Azərbaycanın iki ölkə arasında münasibətlərin qurulması üçün beş əsas prinsip üzrə təklifini Ermənistana təqdim ediblər. Bunlara, xüsusən, suverenliyin, ərazi bütövlüyünün dövlətlər tərəfindən qarşılıqlı tanınması; dövlətlər tərəfindən bir-birinə qarşı ərazi iddialarının olmamasının və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyinin qarşılıqlı təsdiqi; beynəlxalq münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən çəkinmək; dövlət sərhədinin delimitasiyası və demarkasiyası və diplomatik münasibətlərin qurulması; nəqliyyat əlaqələrinin açılması və digər müvafiq kommunikasiyaların yaradılması daxildir.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »