Yer kürəsinin səkkiz milyardıncı sakini çərşənbə axşamı dünyaya gələcək.
Bizimyol.info xəbər verir ki, bu barədə BMT-nin dünya əhalisinin proqnozlarına dair hesabatında bildirilir.
Əhali artımının qismən ölüm nisbətinin azalması ilə bağlı olduğu vurğulanır. Ölümün daha da azalmasının 2050-ci ilə qədər dünya üzrə orta ömrün təxminən 77,2 yaşa çatacağı proqnozlaşdırılır.
“Bu il Ümumdünya Əhali Günü planetin səkkiz milyardıncı sakininin doğulacağını gözlədiyimiz əlamətdar bir vaxta təsadüf edir. Bu, müxtəlifliyimizi qeyd etmək, ömrün uzadılmasına, ana və uşaq ölümünün əhəmiyyətli dərəcədə azaldılmasına töhfə verən səhiyyə sahəsində əldə olunan nailiyyətlərlə fəxt etmək, onları dilə gətirmək üçün bir fürsətdir”, - deyə Baş katib Antonio Quterreş BMT-nin digər hesabatlarındakı insanlara xidmət göstəricilərin əsasən yüksək səviyyədə olduğunu bildirib.
Lakin təşkilatın hesabatında qeyd olunur ki, dünya əhalisi 1950-ci ildən bəri ən aşağı sürətlə artmaqdadır. BMT-nin son proqnozlarına görə, dünya əhalisi 2030-cu ildə 8,5 milyarda, 2050-ci ildə isə 9,7 milyarda çata bilər. 2080-ci illərdə əhalinin sayı 10,4 milyarda çata bilər və 2100-cü ilə qədər bu səviyyədə qala bilər.
2022-ci ildə əhalinin ən sıx məskunlaşdığı regionlar 2,3 milyard nəfərlə Şərqi və Cənub-Şərqi Asiya (dünya əhalisinin 29%-i), eləcə də 2,1 milyard nəfərlə Mərkəzi və Cənubi Asiya (dünya əhalisinin 26%-i) olub. Ən çox əhalisi olan ölkələr hər birində 1,4 milyard nəfərdən çox olan Çin və Hindistandır. Bundan əlavə, 2023-cü ildə Hindistan əhalisinin Çini ötəcəyi gözlənilir.
Qadir, Bizimyol.info