Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev Mahmud Abbası təbrik məktubu göndərib
İlham Əliyev Mahmud Abbası təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Fələstin dövlətinin rəhbəri Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

İnanıram ki, ölkələrimiz arasında münasibətlər birgə səylərimizlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da uğurla inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Fələstin xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »