Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın yedəyində çıxış edən müsəlman ölkələri: "Onlar reallıqları qəbul etmək istəmirlər"
Ermənistanın yedəyində çıxış edən müsəlman ölkələri: "Onlar reallıqları qəbul etmək istəmirlər"
Bir neçə gün öncə Prezident İlham Əliyev Səmərqənddə görüşü zaman mühim faktlardan söz açıb. O, qeyd edib ki, otuz illik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib.

“Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir” - deyən Prezident əlavə edib ki, islamofobiya və Türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir. Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. “Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq” - deyə prezident əlavə edib.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, cənab prezidentin Səmərqənddə vurğuladığı kimi, təəssüflər olsun ki, Ermənistanın uzun müddət Azərbaycana qarşı həyata keçirdiyi çoxvektorlu siyasət nəticəsində bu gün ölkəmizin haqq məsələsində dünya birliyi ədalətsiz mövqe ortaya qoyur. Ermənistanın Azərbaycan abidələrinə törətdiyi vandal qəsdləri, bütövlükdə islam mədəniyyətinə qarşı törədilmiş soyqırım aktları hesab edilməlidir. Lakin, bu günə qədər dünya dövlətləri tərəfindən Ermənistanın həyata keçirdiyi bu vandallıq siyasəti ilə bağlı obyektiv dəyərləndirmələr ortaya çıxmır.

Tural İsmayılov qeyd edib ki, bütün bunlarla yanaşı özünə müsəlman ölkəsi deyən bəzi ölkələr var ki, onlar nəinki bu vandalizmə etiraz edirlər, həmçinin Ermənistanın yedəyində çıxış etməyə çalışırlar.

“Dünyanın ən böyük ironiyalarından biri ondan ibarətdir ki, bu gün Sorosçu Ermənistanın ümidinə qalan İran və Livan kimi ölkələr dünyadakı reallıqları qəbul etmək istəmirlər. Onlar Azərbaycan məscidlərində 30 il boyunca donuz, inək saxlayan Ermənistanın bu qeyri-insani hərəkətlərinə qarşı hansısa etiraz səsi çıxarmırlar. Bu proseslər davam etdiyi formada İranın, Livanın və başqa dövlətlərin hansısa ədalətdən, müsəlman birliyindən, İslam dünyasına töhfədən danışmağı qeyri-obyektivlikdən başqa bir şey deyil” - deyən politoloq qeyd edir ki, əslində, bu gün Ermənistanın həyata keçirdiyi soyqırım aktlarına, eyni zamanda, İslam mədəniyyətinə qarşı həyata keçirilən çoxvektorlu cinayət işlərində Ermənistana bir dəfə də olsun, səs çıxarmayan İran, Livan və onun timsalındakı bəzi müsəlman ölkələri İslam dəyərlərindən də özlərinin siyasi manipulyasiya vasitəsi kimi istifadə etdiklərini növbəti dəfə sübut etmiş olurlar. Bu da əslində, bütün İslam dünyası üçün növbəti rəzalətin təzahürlərindən biridir. Bundan sonra Azərbaycan qlobal siyasi gündəmin əsas oyunçularından biri kimi öz quruculuq işləri ilə prosesi davam etdirir:

“Buna baxmayaraq, ölkəmizə qarşı həyata keçirilən bu soyqırım aktlarına səssizlik prosesi davam edir. Ölkəmiz əlbəttə ki, bütün bunların fərqindədir. Hansı dövlətlərin necə mövqe qoyduqlarını yaxşı dərk edir və Azərbaycanın gələcək siyasi addımları da ölkələrin qoyduğu reaksiyadan asılı olacaq” - deyə, Tural İsmayılov qeyd edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »