Ukrayna prezidenti Vladimir Zelenski İndoneziyada keçirilən G20 sammitində toplaşan sənayeləşmiş ölkələrin liderləri ilə danışaraq, Rusiyanın Ukraynada apardığı müharibəyə son qoymağa çağırıb.
Bizimyol.info xəbər verir ki, Ukrayna lideri G20-yə videomüraciətində bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandıra biləcəyi vaxt gəlib çatıb.
"Biz Rusiyanın gözləməsinə və qüvvələrini səfərbər etməsinə imkan verməyəcəyik. Mən əminəm ki, indi Rusiyanın dağıdıcı müharibəni dayandırması üçün ən uyğun zaman yetişib və Kremil rellıqları qəbul edərsə, bu onlar üçün yaxşı vaxtdır. Bu, onlar üçün minlərlə insanın həyatını xilas etmək demək barədə verəcəkləri ən doğru qərar olar", - deyə Zelenski videomüraciətində bildirib.
O, ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpin kimi liderlərə müraciət edib, lakin müraciətinin Rusiyaya aid olmadığını açıqlayıb.
“Nüvə şantajına heç bir bəraət qazandırmaq olmaz”, - o əlavə edib və xüsusilə Rusiyanı istisna etməklə bu mövqeyi aydınlaşdırdığı üçün “19-lar Qrupu”na təşəkkür edib.
Zelenski deyib ki, müharibə “ədalətli şəkildə, BMT Nizamnaməsi və beynəlxalq hüquq əsasında” başa çatmalıdır.
O, Zaporojye AES-də radiasiya təhlükəsizliyinin bərpasına, Rusiyanın enerji daşıyıcılarına qiymət limitinin tətbiqinə və Ukrayna taxılının ixracı təşəbbüsünün genişləndirilməsinə çağırıb.
Ukrayna prezidenti həmçinin bütün ukraynalı hərbi əsirlərin azad edilməsinə çağırıb.
"Biz əsirlərin azad edilməsinin yeganə real - "hamının hamıya" - modeli üçün razılığa gəlməliyik , - deyə o, G20 sammitinin iştirakçılarına müraciətində qeyd edib. Zelenskinin sözlərinə görə, bu razılaşlaya Rusiya ərazisinə gedən mülki şəxslər və Kiyevin “köçkün” adlandırdığı uşaqlar da daxil edilməlidir.
Qadir, Bizimyol.info