Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə terror törədən qadını İstanbula kim və necə göndərib - Detallar
Türkiyədə terror törədən qadını İstanbula kim və necə göndərib - Detallar

Türkiyədə noyabrın 13-də 6 nəfərin həyatını itirdiyi, 81 nəfərin yaralandığı terror aktıyla əlaqədar 46 nəfər saxlanılıb ki, onların arasında qadın da var. Saxlanılanların dindirməsi davam edir.

Bizimyol.info xəbər verir ki, bombalı hücumu həyata keçirən qadının kişi terrorçu ilə ər-arvad kimi İstanbula gələrək, 4 ay tekstil sexində işlədiyi müəyyən edilib. Qadına partlayıcını verən kişi terrorçunun isə axtarışları davam edir.

Saxlanılan terrorçuların PKK-nın Suriya qolu ilə əlaqəsi olduğu iddia edilir.

Hücumdan sonra 1200 fərqli təhlükəsizlik kamerası görüntüsündən ibarət yüzlərlə saatlıq qeydləri araşdıran Terrorla Mübarizə və Kəşfiyyat bölmələri qadın terrorçunun hadisəni törədib qaçarkən mindiyi taksini tapıblar. Taksi sürücüsü ifadəsi alınmaq üçün gecə saatlarında İstanbul Terrorla Mübarizə Şöbəsinə gətirilib. Məlum olub ki, qadın taksiyə müştəri kimi minib.

Əhləm Əlbəşir Əhləm Əlbəşir

Bombanı atıb terror aktı törədən qadın Əhləm Əlbəşir səhər saatlarında Küçükçekmecedə gizləndiyi evdə yaxalanıb. Onun Suriya əsilli olduğu, əvvəlcə Əsənlər adlanan ərazidəki evə getdiyi, oradan bir qədər qızıl və pul götürdükdən sonra başqa ünvana daxil olduğu müəyyən edilib.

O da aydınlaşıb ki, qadın terrorçu 4 ay əvvəl təşkilat üzvü olan kişi ilə “ər-arvad” qiyafəsində İstanbula gəlib. Onların Suriyanın Kobani bölgəsindən prosesləri idarə edən terrorçunun təlimatıyla tikiş sexinə işə düzəldiyi haqda məlumat əldə olunub. Burada “yatmış kamera” vəziyyətində olan kişi terrorçu dünən Komanidən aldıqları təlimatla şəxsi avtomobillə Taksim meydanına gedib. Yerli vaxtla saat 16.00 radələrində təxminən 1 kilodan artıq çəkisi olan bombanı Əhləm Əlbəşirə verərək, onu İstiqlal caddesinə (prospektinə) göndərib. Qadın içində partlayıcı olan torbanı hadisə yerinə qoyub və taksiyə minərək çıxıb gedib. Taksidən isə Esenler adlanan ərazidə düşüb. 4 aydır birlikdə qaldıqları ailənin evinə gedib, oradan pul və qızıl götürüb, çıxıb gedib.

Əvvəl Ədirnəyə, oradan da Yunanıstana getmək üçün fürsət axtaran Əhləm Əlbəşir gecə saat 02.50-də Küçükçekmecedə keçirilən əməliyyatla təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Məlum olub ki, PKK terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirilib və “əri” ilə birlikdə Afrin üzərindən qaçaq yolla Türkiyəyə gəlib. O da məlum olub ki, Əhləm Əlbəşir və “ərinə” terroru gerçəkləşdirəndən sonra Yunanıstana qaçmaq əmri verilib. Daha dəqiqi, o, öncə Ədirnəyə, onda sonra Yunanıstana getməliymiş.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »