Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dialoqa hazırdır: ABŞ və Çin liderləri Balidə danışıqlar aparır
Dialoqa hazırdır: ABŞ və Çin liderləri Balidə danışıqlar aparır

Bu gün ABŞ və Çin liderləri Balidə keçirilən G20 sammiti çərçivəsində ikitərəfli danışıqlar aparır.

Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti Co Bayden Çin lideri Xi Jinping ilə görüşdə bildirib ki, dünya qlobal problemlərin həllində ABŞ və Çinin əsas rol oynamasını gözləyir. Bundan əlavə, o, Vaşinqton və Pekinin fikir ayrılıqlarını aradan qaldıra biləcəyini göstərmək üçün hər ikisinin məsuliyyət daşıdığını qeyd edib.

“Məncə, iki xalqın lideri olaraq bizim vəzifəmiz var ki, Çin və ABŞ fikir ayrılıqlarını aradan qaldıra, rəqabətin münaqişəyə çevrilməsinin qarşısını ala və qarşılıqlı əməkdaşlığımızı tələb edən aktual qlobal məsələlərdə birgə işləməyin yollarını tapa bilər",- deyə Bayden bildirib.

Amerika liderinin sözlərinə görə, dünya iqlim dəyişikliyindən tutmuş ərzaq təhlükəsizliyi məsələlərinə qədər qlobal problemlərin həllində əsas rolu ABŞ və Çindən gözləyir. O qeyd edib ki, ABŞ bu məsələlərdə Çinlə işləməyə hazırdır.

ABŞ prezidenti həmçinin uzun, açıq və dürüst dialoqa ümid etdiyini bildirib.

Öz növbəsində Çin sədri Si Cinpin sülhə ümid və qlobal sabitliyə inam gətirmək üçün bütün ölkələrlə işləməyin zəruriliyini bəyan edib.

"Bəşəriyyət misli görünməmiş çağırışlarla üz-üzədir, dünya yol ayrıcındadır və hara getmək fikri nəinki bizi, hətta bütün ölkələri düşündürür. Dünya Çin və ABŞ-dan münasibətlərini düzgün idarə etməyi gözləyir", - deyə Si Cinpinq bildirib.

Çin prezidenti Si Cinpin ABŞ prezidenti Co Baydenə ikitərəfli strateji məsələlər üzrə vicdanlı danışıqlar aparmağa, regional və qlobal vəziyyəti müzakirə etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, noyabrın 15-16-da İndoneziyanın Bali adasında G20 sammiti keçiriləcək.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »