Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrandan Türkiyə-İsrail əlaqələrini pozmaq üçün gülünc addım
İrandan Türkiyə-İsrail əlaqələrini pozmaq üçün gülünc addım

İstanbulda dərin hüzn, narahatlıq və qəzəb doğuran bomba hücumundan sonra İsrail və İran mediasından diqqətçəkən iddialar gəlib. İsrailin ən çox oxunan qəzetlərindən biri olan “Yedioth Ahronot” bu gün əməliyyat nəticəsində saxlanılan terrorçunun bombanı skamyanın altına qoymazdan əvvəl yanından keçən iki qadının israilli olduğuna diqqət çəkib.

Bizimyol.info xəbər verir ki, qəzet İranın İRNA xəbər agentliyinin bu görüntünü paylaşdığını qeyd edərək, hücumun arxasında İsrailin olduğunu iddia etdiyini bildirib.

Məlumata görə, İsrailin cənubundakı Aşdod şəhərindən Türkiyəyə gələn qadınların turist olduğu da bildirilib. Bundan əlavə, qəzet Or Atedgi və Natali Svissa adlı qadınların bir qrup qadınla Türkiyəyə tətilə getdiyini və İsrailə qayıtdığını yazıb.

Onu da əlavə edək ki, Atedginin həyat yoldaşı və Svissanın böyük qardaşı Liran Atedgi İsrailin yerli mediasına danışıb. O, bildirib ki, Or və Natali ən azı 8 digər israilli qadınla Türkiyədə tətildə olublar.

“Tətillərinin son gününü alış-veriş üçün ayırmışdılar. Həyat yoldaşım və bacım istəmədən və bilməyərək terrorçuların yanından keçiblər. Onlar bir mağazanın qarşısında dayanarkən, terrorçu qadın da təsadüfən oradan keçib və bəlkə də 50 metr aralıda bomba partlayışı təşkil edib”.

Qeyd edək ki, İran xəbər agentliyi İRNA iki israilli qadının fotosunu paylaşaraq "iki israilli qadının hücumda şübhəli bilinən şəxslə birlikdə gəzdiyi görünür" şərhini yazıb.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »