Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin Rusiyanın davranışından “narahat olub və utanıb" - Sürpriz açıqlama
Çin Rusiyanın davranışından “narahat olub və utanıb" - Sürpriz açıqlama

Fevralın 24-dən dünyanın gözü, qulağı Ukraynadan gələn xəbərlərdədir. Ölkədə müharibə tam sürətlə davam edərkən Çindən dünya gündəminə bomba kimi düşən açıqlama gəlib.

Bizimyol.info xəbər verir ki, Ukrayna müharibəsində Rusiyanın hərəkəti ilə külək tərsinə çevrilib. Belə ki, Rusiyanın Xersondan çıxarılması ilə Ukrayna ordusu əsas şəhərə daxil olub.

Doqquz aydır davam edən qarşıdurmada Rusiyanın ən böyük uğursuzluğu kimi gündəmə gələn geri çəkilmənin əks-sədaları davam edərkən Çindən ani bir açıqlama gəlib.

Britaniyanın Daily Mail-ə istinadən verdiyi məlumata görə, yüksək vəzifəli Çin məmuru Pekinin Ukrayna ilə bağlı siyasəti haqqında kifayət qədər geniş danışıb. Eyni xəbərə görə, sözügedən şəxs Rusiyanın Ukraynadakı ehtiyatsız davranışından “narahat olduğunu” və “utandığını” bildirib.

Mənbə bu sözlərin kim tərəfindən səsləndirildiyini açıqlamayıb. Bununla belə, sammitdə Çini Baş nazir Li Keqiang təmsil etdiyi üçün ilk ağla gələn Li Keqiang olub.

Bundan əlavə, açıqlama Pekinin Moskvaya müharibəyə verdiyi dəstəyi geri çəkəcəyinə dair ilk işarə kimi şərh edilir.

Məlumat üçün bildirək ki, Ukrayna prezidenti Zelenski Rusiya qüvvələrinin Xersondan geri çəkildiyi bir vaxtda müstəntiqlərin Xersonun tərk edilmiş ərazilərində 400-dən çox hərbi cinayətin üstünü açdığını bildirib: “Şübhəsiz ki, biz hər bir qatili tapıb ədalət qarşısında cavab verəcəyik”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »