Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Putinin səhvindən istifadə edərək əks-hücuma davam etməlidir - MTİ
Ukrayna Putinin səhvindən istifadə edərək əks-hücuma davam etməlidir - MTİ

Ukrayna Silahlı Qüvvələri (USQ) hərbçilərini hücuma “sürükləyən” Rusiya prezidenti Vladimir Putinin səhvindən istifadə etməlidir.

Bizimyol.info xəbər verir ki, Müharibənin Tədqiqi İnstitutunun (MTİ) analitiklərinin son hesabatında deyilir ki, Putinin hazırkı şəraitdə generallarını hücuma keçməyə məcbur etməsi hərbi baxımdan ciddi səhvdir.

“Bu, çox güman ki, Putini işğala əmr verməyə vadar edən psixoloji amillərlə, həm də Putinin "Vaqner" rəhbəri Yevgeni Priqojinə öz sərtliyini nümayiş etdirmək ehtiyacı ilə bağlıdır. Buna görə də, Putin Ukrayna və ya beynəlxalq təşkilatlardan əhəmiyyətli güzəştlər əldə etməsə, çətin ki, atəşkəsə razı olsun.

Analitiklər: “Moskvadan daha çox, Ukrayna və onun müttəfiqləri üçün əlverişli şərait, əks-hücum əməliyyatını davam etdirmək imkanı yaranıb. Kiyev Putinin bu səhvindən maksimum istifadə etməlidirlər”, - deyə bildiriblər.

Onlar öz hesabatlarında qeyd ediblər ki, Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətində müəyyən uğurlar əldə etməkdə davam edir və onlar Xerson vilayətinin qərb hissəsindən qoşunlarla əks-hücumları gücləndirilsə, daha böyük uğurlar əldə edəcəklər.

"Ruslar, əlbəttə ki, Luqansk vilayətində müdafiə mövqelərini gücləndirməyə çalışırlar. Lakin Ukrayna Silahlı Qüvvələri buna baxmayaraq, irəliləyir və zəif təlim keçmiş, zəif təchiz olunmuş, həmçinin mənəvi-psixoloji durumu aşağı olan ehtiyatdan çağırılmış rus əsgərlərinin qələbələrindən ruhlanan Ukrayna qoşunlarını dayandıra biləcəklərini proqnozlaşdırmaq üçün heç bir əsas yoxdur.

Buna görə də qarşıdakı bir neçə ay ərzində hərbi əməliyyatların dayandırılması və ya uzun müddət səngiməsi çox çətin görünür. Ruslar, aydındır ki, bütün cəbhə xətti boyunca müdafiə mövqeləri yaratmağa və dağınmış birlikləri gücləndirməyə çalışmırlar, əksinə Donetsk bölgəsində hücum əməliyyatlarını bərpa edirlər", - deyə ekspertlər bildirir.

Analitiklər ukraynalıların artıq yaxşı nəticələrə nail olmuş əks-hücum əməliyyatlarını demək olar ki, bundan sonrada davam etdirəcəyini proqnozlaşdırırlar: "Hər iki tərəf çətin ki, qışda döyüşləri dayandırsın. Havaların temperaturu aşağı düşdükcə, döyüşün şiddəti səngimək əvəzinə daha da güclənəcəyi ehtimal edilir", - deyə qeyd edən MTİ ekspertləri vurğulayıblar ki, hazırda atəşkəs və ya hərbi əməliyyatları dayandırmaq üçün istənilən cəhd Rusiya Federasiyasının xeyrinə olar.

ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, istefada olan general Ben Hodces proqnozlaşdırır ki, Xersonun işğalçılardan azad edilməsindən sonra Ukrayna hərbçiləri Krımın yaxınlığında Rusiyanın mövqelərinə "HİMARS" ilə zərbələr endirə biləcəklər.

Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri Serhiy Kuzan hesab edir ki, Xerson vilayətində Dnepr çayının sağ sahilinə daxil olması nəticəsində Ukrayna müdafiə qüvvələri siyasi, hərbi və mənəvi üstünlüklər əldə edib.

Qərb analitiklərinin fikrincə, Rusiya ordusu zəif təchiz olunub və qış şəraitində döyüşə hazırlıqsızdır, ona görə də ruslar barışıq istəyəcəklər. Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun analitikləri bildiriblər ki, Ukraynanın hücumu səngisə və ya yaza qədər dayansa, Kreml üçün çox faydalı olacaq. Çünki yeni əsgərlərin hazırlanması üçün vaxt qazanmaq onlara "xilas yolu" olar. Eyni zamanda, analitiklər hesab edirlər ki, Kreml Ukraynanı işğal etmək planlarından əl çəkməyəcək. Ona görə də ekspertlər: "Bu qış hücum əməliyyatından imtina etmək Ukraynanın maraqlarına uyğun deyil", - deyə düşünürlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »