Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremlin Xerson sakinləri barədə assimilyasiya proqramı iflasa uğrayıb - "NYT"
Kremlin Xerson sakinləri barədə assimilyasiya proqramı iflasa uğrayıb - "NYT"

Rus işğalından azad edilən Xerson ukraynalıları assimilyasiya etmək və ukraynalı kimliyini yox etmək üçün iddialı rus kampaniyasının mərkəzi idi, lakin bu səylər nəticəsiz qaldı.

Bizimyol.info xəbər verir ki, The New York Times (NYT) qəzetinin verdiyi məlumata görə, Xersonda milli mahnılar qadağan edilib və ukraynaca danışmaq həbslə nəticələnə bilərdi.

Üstəlik, məktəblər rus kurikulumlarına keçdilər və tələbələrə onların ukraynalı deyil, rus olduqlarını söyləmək lazım idi.

Nəşr Xerson sakinləri ilə söhbət edib və məsələn, İrina Diaghilevanın qızı proqramın Rusiya himnini əzbərləməli olduğu məktəbdə oxuduğunu bildirdi. Amma müəllimlər ona məhəl qoymadılar, əvəzində səhər şagirdləri sakitcə belə salamlayırdılar: “Ukraynaya uğurlar olsun!”.

Taksi şirkətinin əməkdaşı Olqa Malyarçukdan isə işğalçılar rublla ödəməyi tələb etdilər, lakin o, qrivna ilə ödəməyə davam edib.

"Sadəcə onların planları baş tutmadı", - deyən Malyarçuk Rusiyanın Xersonu işğal etdiyi doqquz ay ərzində televiziyada yayımlanan və reklam lövhələrində yerləşdirilmiş rus təbliğatından danışıb.

Tikinti işçisi Sergey Bloşko rus ordusunun şəhərə daxil olmasından az sonra, mart ayında işğala qarşı etirazlara qoşulduğuna görə həbs olunacağından qorxaraq, işğalın 9 ayı ərzində dostlarının evində yaşayıb. Rus əsgərləri onun evinə gələrək axtarış aparıblar. Bloşko bildirib ki, onu tapmayan hərbçilər evdən televizoru və soyuducunu aparıblar. Lakin ruslar onun kimi etiraz aksiyalarından sonra gizli yaşayan bəzi dostlarını tapdıqlarını söyləyib.

“Onlar ukraynapərəst əhalini repressiyaya məruz qoyublar. Fəal assimilyasiya səylərinə gəlincə, burada baş verənlər etnik təmizləmə cəhdi idi”, - deyə Bloşko bildirib.

Nəşr bildirir ki, həftəsonu bir nəfər də olsun Xerson sakini Rusiyanın assimilyasiya cəhdlərinə müsbət münasibət bildirməyib. Qəzet bunu təsdiqləmək üçün misal gətirir ki, yol kənarındakı reklam lövhələrinin birində iri çaplı “Biz Rusiya ilə birlikdəyik!” yazılıb, lakin nəşrin jurnalistlərinə yalnız adının İskəndər olduğunu deyən yeniyetmə dayaq dirəyinə dırmaşaraq yazını parçalayıb. Özünü necə hiss etdiyini soruşduqda yeniyetmə: “Azadıq və xoşbəxtik”, - deyə cavab verib.

Rus ordusunun qaçışından üç gün sonra bir neçə yüz xersonlu hələ də mərkəzi meydanda bayram keçirirdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »