Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sunak: Rusiya asılılığından qurtarmaq zamanıdır
Sunak: Rusiya asılılığından qurtarmaq zamanıdır

Böyük Britaniyanın baş naziri Rişi Sunak zəngin kənd təsərrüfatı ölkələrini dünyada artan aclıq problemi ilə mübarizə aparmaq üçün taxıl ehtiyatlarını paylaşmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin başçısı bazar günü axşam "The Daily Telegraph" qəzetinin saytında dərc olunan məqaləsində, noyabrın 15-də İndoneziyada başlayacaq G20 sammiti ərəfəsində yazıb.

“Mən BMT Baş katibi Antonio Quterresin Qara dənizdə taxıl daşınmasını təmin etmək üçün səylərini dəstəkləyirəm və daha çox ərzaq istehsal edə bilən və ya ehtiyatları ehtiyaclarından artıq olan bütün ölkələri taxıl məhsullarını acıq cəkən ölkələrə satmaqla onları böhranlı vəziyyətdən xilas olmalarına yardım eyməyə çaşırıram", - deyə Britaniyanın baş naziri qeyd edib.

Ukraynadakı vəziyyəti şərh edən Sunak qeyd edib ki, Böyük Britaniya və onun müttəfiqləri Rusiya kimi ölkələrdən karbohidrogenlərdən asılılıqdan əl çəkməklə iqtisadi gələcəklərinin girov qalmasına imkan verməyəcəklər: "Hazırkı şərait Rusiya kimi dövlətdən karbohidrogen məhsulları aslılığımızdan yaxa qurtarmaq barədə yollar aramağımıza zəmin yaradıb", - deyə o qeyd edib.

Eyni zamanda o, Rusiya prezidenti Vladimir Putinin G20 sammitində iştirak etməyəcəyinə, həmkarları ilə görüşməyəcəyinə və Ukraynadakı hərəkətlərini izah etməyə belə cəhd etməyəcəyinə təəssüflənib. Sunak əlavə edib ki, Ukraynada baş verən hadisələr nəticəsində G20 üzvlərinin üçdə ikisi il ərzində inflyasiya 7%-dən yuxarıdır.

G20 sammiti noyabrın 15-16-da İndoneziyada keçiriləcək. Rusiya nümayəndə heyətinə rəhbərliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrov edir. Onlar görüşdə iştirak etmək üçün artıq Balidə gəlib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »