Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
USQ-i rus qoşunlarının cəmləşdiyi 4 əraziyə zərbə vurub
USQ-i rus qoşunlarının cəmləşdiyi 4 əraziyə zərbə vurub

Cənubda gün ərzində Ukrayna Silahlı Qüvvələri (USQ) 40 rus işğalçısını məhv edib.

Bizimyol.info xəbər verir ki, bu brədə "Cənub" viləyət hərbi komandanlığının "Facebook" səhifəsində yerləşdirilmiş mesajda bildirilir. Qeyd edilir ki, rus qoşunları Dnepr çayının sol sahilində müdafiə qurğuları qurmağa davam edir. Onlar burada yerləşməyə və əlavə müdafiə xətləri yaratmağa çalışırlar.

İşğalçılar təyyarələrdən, ağır artilleriya qurğularından, çoxsaylı reaktiv sistemlərdən və minaatanlardan istifadə etməklə Ukrayna qoşunlarına və Dnepr çayının sağ sahili boyunca işğaldan azad edilmiş yaşayış məntəqələrinə atəş açmağa davam edir.

Berislav bölgəsində onlar iki "Kh-31" raketi ilə, Nikopol vilayətinin Marqanets rayonu isə iki dəfə "Uraqan" ilə vurulub.

Ukrayna aviatorları sol sahildə düşmənin canlı qüvvə, silah və texnikasının cəmləşdiyi 4 ərazini vurublar. Raket və artilleriya bölmələri 33 atəş missiyasını yerinə yetirib.

İlkin məlumata görə, bu əks- hücum nəticəsində düşmən 40 hərbçisini və 7 ədəd zirehli texnikasını itirib. Digər itkilər barədə məlumatlar dəqiqləşdirilir.

Bildiyiniz kimi, noyabrın 11-də Ukrayna hərbçiləri Xersona daxil olublar. Şəhər tammiqyaslı müharibənin əvvəlindən işğal altında idi.

Sosial şəbəkələrdə Xerson sakinlərinin Ukrayna Silahlı Qüvvələri ilə necə qarşılaşdıqlarını və şəhərin işğalçılardan azad edilməsini necə qeyd etdiklərini nümayiş etdirib.

Məlumdur ki, ötən həftənin əvvəlindən Ukrayna ordusu artıq Dnepr çayının sağ sahilində 179 yaşayış məntəqəsini azad edib.

Ukraynalılara xəbərdarlıq edilib ki, təxribat qrupları işğaldan azad edilmiş ərazilərdə qala bilər. Vətəndaşlardan yad adamlara diqqətlə yanaşmağa çağırılıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »