Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstanbulda partlayış törətməkdə şübhəli bilinən şəxs saxlanıb
İstanbulda partlayış törətməkdə şübhəli bilinən şəxs saxlanıb

Türkiyə polisi bazar günü İstanbulun Bəyoğlu rayonunun İstiqlal küçəsində partladılmış bombanı qoymaqda şübhəli bilinən şəxsi saxlayıb.

Bizimyol.info xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

“Beyoğluda bomba qoyan şəxs İstanbul Təhlükəsizlik İdarəsi tərəfindən saxlanılıb. O, dindirilir”, - deyə o, jurnalistlərə bildirib.

Soylu qeyd edib ki, istintaqda terror aktının izlərinin Suriyaya getdiyini göstərən dəlillər var və hadisəni törətməkdə Ankaranın terrorçu kimi tanıdığı qruplaşmalar da iştirak edir. Onun sözlərinə görə, indiyədək bu terror aktında əli ola biləcək 20-dən çox şəxs saxlanılıb.

“Təxminlərimizə görə, hücumun həyata keçirilməsi əmri Kobanidən, hücumu törədən isə Afrindən gəlib”,- deyə nazir bildirib. Kobani və Afrin Suriyanın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) və Suriya kürdlərinin Xalq Özünümüdafiə Qüvvələrinin (XMQ) respublikada terrorçu kimi tanınan təşkilatların fəaliyyət göstərdiyi şəhərlərdir. Hələlik əldə etdiyimiz izlər PKK/YPQ-yə işarə edir",- nazir əlavə edib.

İstanbul valisi Əli Yerlikayanın "Tvitter"də verdiyi məlumata görə, 50 zərərçəkən müalicədən sonra xəstəxanalardan buraxılıb, 31 nəfər isə hələ də həkim nəzarətindədir. Hücum nəticəsində ümumilikdə 81 nəfər yaralanıb: "Reanimasiyaya yerləşdirilən beş zərərçəkmişdən ikisinin vəziyyəti hələ də ağırdır",- o əlavə edib.

Qeyd edək ki, noyabrın 13-də günorta saatlarında Bəyoğlu rayonunun İstiqlal küçəsində turistlərin sıx və populyar olan hissəsində güclü partlayış baş verib. Rəsmi məlumatlara görə, partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl hadisədə terror izi olduğunu bildirib. Daha sonra respublikanın vitse-prezidenti Fuat Oktay bildirib ki, partlayıcı qurğu bir qadın tərəfindən işə salınıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »