Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Ruslar hər yerdə partlayıcı tələlər quraşdırıblar - Video
Zelenski: Ruslar hər yerdə partlayıcı tələlər quraşdırıblar - Video

"Ukrayna Silahlı Qüvvələri artıq Xerson vilayətində 60 yaşayış məntəqəsinə nəzarəti bərqərar edib".

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam saatlarında xalqa videomuraciəti zamanı deyib.

"Bu gün axşam saatlarından etibarən müdafiə qüvvələri Xerson vilayətinin 60-dan çox yaşayış məntəqəsinə nəzarəti təmin edib, polis sabitləşdirmə tədbirlərinə başlayıb. Sabitləşdirmə tədbirləri Xersonun özündə də davam edir" - bunu dövlət başçısı deyib.

Prezident həmçinin bildirib ki, azad edilmiş ərazinin hər yerində bomba mütəxəssislərinin işləyir: "Artıq 2000-ə yaxın partlayıcı maddə - minalar, keçid naqilləri, partlamamış hərbi sursatlar ələ keçirilib", - deyə prezident əlavə edib.

Zelenskinin qeyd etdiyi kimi, rus işğalçıları Xersondan qaçmazdan əvvəl bütün kritik infrastrukturu - rabitə, su, istilik, elektrik təchizatını məhv ediblər.

“İşğalçılar oz xislətlərini nümayiş etdiriblər - hər yerdə partlayıcı tələlər  quraşdıraraq insanları maksimum çox öldürmək və ələ salmaq istəyiblər. Amma biz hər şeyi bərpa edəcəyik. Mənə inan. Bu vaxt tələb etsə də, artıq hamıya aydındır - uğur bizim, ukraynalıların olacaq”, - dövlət başçısı əlavə etdi.

O qeyd edib ki, indi bütün Xerson sakinlərinə demək çox vacibdir ki, diqqətli olsunlar, işğalçılardan qalan hər hansı bina və obyektlərə yoxlama aparılmadan daxil olmağa çalışmasınlar: "Xahiş edirəm, əgər şəhər əhalisi ilə əlaqəniz varsa, bunu onlara mütləq deyin", - prezident deyib.

Zelenski bildirib ki, Xersonda partlayıcı qurğular üzrə on texniki qrup işləyir, həmçinin polis işləyir və müdafiə qüvvələrinin müxtəlif bölmələri fəaliyyət göstərir.

“Bu gün, təəssüf ki, inzibati binanın minalardan təmizlənməsi zamanı istehkamçılarımızdan biri xəsarət alıb. Odur ki, əziz Xerson sakinləri, lütfən, diqqətli olun və gördüyünüz bütün şübhəli əşyalar barədə polisə və ya xilasedicilərə məlumat verin”, - deyib.

O əlavə edib ki, eyni şey işğaldan azad edilmiş ərazidəki digər yaşayış məntəqələrinin sakinlərinə də aiddir: "Xahiş edirəm, təhlükəsizliyinizin qeydinə qalın, özünüzü qoruyun - bu çox vacibdir", - Zelenski deyib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »