Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken: Danışıqların vaxtını Kiyev müəyyən etməlidir
Blinken: Danışıqların vaxtını Kiyev müəyyən etməlidir

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın kritik infrastrukturunun bərpasına yardımı müzakirə etmək üçün şənbə günü Pnompendə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb və ona bildirib ki, hər hansı nizamlanma danışıqlarının vaxtını və məzmununu Kiyev özü müəyyənləşdirməlidir.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays şənbə günü yaydığı yazılı bəyanatda deyilir.

Dövlət katibi ABŞ-ın Ukraynaya Rusiyanın davam edən zərbələrinin kritik infrastruktura təsirini azaltmaq, o cümlədən humanitar yardımın tədarükünü və qışa hazırlıq səylərini gücləndirməkdə kömək etmək öhdəliyini müzakirə edib.

"Onlar həmçinin Ukraynanın döyüş meydanında gələcək fəaliyyətlərinin effektivliyini müzakirə ediblər. Dövlət katibi vurğulayıb ki, istənilən danışıqlar prosesinin vaxtı və məzmunu Ukrayna müəyyən edəcək", - deyə Prays əlavə edib.

Şənbə günü Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitində Kuleba bildirib ki, əgər ondan belə bir təklif gələrsə, o, rusiyalı həmkarı Sergey Lavrovla şəxsi görüş imkanını diqqətlə nəzərdən keçirməyə hazırdır. Rusiyanın xarici işlər naziri Şərqi Asiya Sammitində (EAS) iştirak etmək üçün şənbə günü Kambocanın paytaxtına gəlib.

Bundan əvvəl Lavrov Rusiya rəhbərliyinin hələ də Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu bildirib. O qeyd edib ki, Rusiya Qərbdən olan həmkarları Moskvanın maraqlarını nəzərə alaraq, gərginlik rejiminə dair görüş təşkil etməyi təklif etsələr, onları dinləməyə hazırdır. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində Ukrayna ilə bağlı danışıqların ilk növbədə Vaşinqtonla aparılmalı olduğu fikrini bildirib.

Blinken ABŞ-ASEAN Sammitində və Şərqi Asiya Sammitində iştirak edən ABŞ prezidenti Co Baydenlə şənbə günü Pnompenə gəlib. Sabah Amerika liderinin Yaponiyanın baş naziri Fumio Kişida və Cənubi Koreya prezidenti Yun Seok Yeol ilə ikitərəfli görüşləri gözlənilir.

Bayden həmçinin Hind-Sakit okean regionunda əməkdaşlığı daha da gücləndirmək üçün Yaponiyanın baş naziri və Cənubi Koreya prezidenti ilə üçtərəfli görüş keçirəcək.

Bundan sonra ABŞ prezidenti İyirmilik Qrupunun (G20) sammiti üçün İndoneziyaya gedəcək.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »