Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xersonun mərkəzində Ukrayna bayraqları və emosiyalar - Video
Xersonun mərkəzində Ukrayna bayraqları və emosiyalar - Video

"Xersonun mərkəzində səmimi sevinc duyğularını ifadə edən xoşbəxt yerli sakinləri, eləcə də çoxlu Ukrayna bayraqlarını görnür".

Bizimyol.info xəbər verir ki, "Sky News" rəsmi "Twitter" hesabında xideoreportaj yayınlayıb. Üç dəqiqəlik videoçarxda vilayətin mərkəzindəki inzibati binalarda artıq Ukrayna bayraqlarının yerləşdirildiyini göstərib. Jurnalist yerli sakinlərlə danışıb. Müxbirin sözlərinə görə, onlar çox emosional və çox xoşbəxdirlər.

Xersonda yaşayan bir ukraynalı deyir: “Sizin yaşamaq üçün bir şeyiniz olmalıdır və bu, yaşamağa dəyər bir an idi”.

Jurnalist qeyd edib ki, şəhərin azad edilməsi Ukrayna dövləti üçün mühüm məqamdır. İndi yerli vətəndaşlar öz qorxusuz və sərbəst şəkildə dövlət himnini oxuya bilərlər.

“Burada hərbçilər vətəndaşların öz yaxınları ilə əlaqə saxlaması üçün internet xidməti qurur. Doqquz aylıq işğaldan sonra -azd edilmiş şəhərdə ilk dəfə olaraq insanlar yaxşı olduqlarını deyə bilirlər. Dostlarının və qohumlarının harada olduğunu bilməyən insanlar haqqında da çoxlu xəbərlər eşidirik. Bundan sonra bu stansiyalar insanlara öz yaxınları ilə sərbəst əlaqə saxlamağa imkan verəcək”, – jurnalist Starlink peyk terminallarının quraşdırılmasını şərh edərkən bildirib.

Noyabrın 9-da Xerson vilayətində Dnepr çayının sağ sahilindən rusların geri çəkilməsi elan edilib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ukraynadakı işğalçı qüvvələrin komandanı Sergey Surovikin bildiriblər ki, maddi-texniki problemlər səbəbindən bu ərazinin saxlanması mümkün deyil.

Dünən axşam Ukrayna prezidenti Vladimir Zelenski Xersonun azad edildiyini təsdiqləyib. O, çıxışında oxşar ssenarinin Krımda da təkrarlanacağına eyham vurub.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun sözlərinə görə, düşməni Dnepr çayının sol sahilinə qaçmağa məcbur edən məhz Ukrayna Silahlı Qüvvələri olub. Onların geri çəkilməsi heç də “xoşməramlı jest” deyil.

Geri çəkilmə zamanı işğalçılar öz tanklarını partladıblar. Bununla belə, tanklar, artilleriya və zirehli maşınlar da daxil olmaqla xeyli texnikanı çəkildikləri ərazilərdə buraxıblar.

Britaniya kəşfiyyatı hesab edir ki, Xersondan çəkilmək Rusiya ordusunda problemlərin olduğunu təsdiqləyir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »