Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "ABŞ seçkiləri ilə bağlı müsbət xəbərlər gəlir"
Ərdoğan: "ABŞ seçkiləri ilə bağlı müsbət xəbərlər gəlir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də ABŞ-da keçirilən aralıq seçkilərinin ilkin nəticələrini Vaşinqtonun Ankaraya "F-16" qırıcıları tədarükündə mümkün irəliləyişlə bağlı ölkəsi üçün müsbət hesab etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanadan vətənə dönərkən jurnalistlərə açıqlama verərkən bildirib.

“ABŞ-dakı seçkilərlə bağlı müsbət xəbərlər gəlir. Ümid edirəm ki, gələn ay yaxşı xəbərlərlə dolu olacaq və biz "F-16" məsələsini çox daha müsbət istiqamətdə inkişaf etdirə biləcəyik. Nümayəndələr Palatasında respublikaçılar çox öndə idi, amma indi, əlbəttə ki, Senat var. Senatda iki-üç yer çox önəmlidir. Deməli, bu iki-üç yerdə respublikaçılar uğur qazansa, bəlkə də iş bizim üçün xeyli asanlaşar. İndi prosesi izləyirik.”, - deyə Ərdoğan şənbə günü Özbəkistandan qayıdarkən təyyarəsində Türkiyə mətbuatına müsahibə verib.

Çərşənbə axşamı Birləşmiş Ştatlarda Konqresə aralıq seçkiləri keçirilib və bu seçkilərdə bütün Nümayəndələr Palatası və Senatın üçdə biri seçilib.

Bundan əlavə, 50 ştatdan 36-da qubernator seçkiləri keçirilib. Onların bəzilərində səslərin hesablanması hələ başa çatmadığından seçkilərin yekun nəticələrini hələlik proqnozlaşdırmaq mümkün deyil. Bununla belə, ekspertlər Respublikaçılar Partiyasının Konqresin hər iki palatasına nəzarəti bərpa edə biləcəyini istisna etmirlər.

Türkiyə Hərbi Hava Qüvvələrində xidmətdə olan təyyarələrini modernləşdirmək üçün 40 "F-16" ehtiyat hissələri almağa çalışır. Ankara Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınması ilə əlaqədar beşinci nəsil "F-35" qırıcı-bombardmançı təyyarələrinin istehsalı üzrə Amerika proqramından çıxarıldıqdan sonra "F-16" almaq istəyini açıqlayıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »