Ukrayna Silahlı Qüvvələrin komandanlığı Xersonun azad edilməsindən sonra əks-hücumunu dayandıracağına dair heç bir əlamət görünmür.
Bizimyol.info xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, analitiklərin Ukrayna qüvvələrinin, Xersonundan sonra Zaporojye və Donbassın vilayətinin azd edilməsi üçün mövqelər müəyyənləşdirirlər.
“Müharibənin məntiqi dayanmaq deyil və bütün mümkün vasitələrlə irəliləməkdir. Düşünürəm ki, başqa istiqamətlərdə də əks-hücumlar olacaq ki, düşmənin ehtiyatı bərpa etməyə və zərbələrin qarşısını almağa vaxtı olmasın”, - bunu baş leytenant, Donbassın şərqindəki Baxmut döyüş şəhərini müdafiə edən tank əleyhinə bölmənin komandiri Andrey Mixeyçenko bildirib.
Jurnalistlər yazır ki, Kiyevdə əmindir ki, Rusiya işğal olunmuş ərazilərdə möhkəmlənmək üçün istənilən fasilədən istifadə edəcək. Hazırda analitiklər qışda hərbi əməliyyatların gedişi ilə bağlı ziddiyyətli proqnozlarla çıxış edirlər. Məsələn, bir gün əvvəl Müharibənin Tədqiqi İnstitutu yazmışdı ki, əksinə, Ukrayna Silahlı Qüvvələri donmuş torpaqla payızın yağış və bataqlıq dövründə olduğundan daha sürətli hərəkət edə biləcək. Digər ekspertlər hesab edir ki, yazda döyüşləri bərpa etmək üçün hər iki ordu qışda “əməliyyat fasiləsi” verəcək.
Bir məqamda analitiklər razılaşırlar ki, fasilə olub-olmamasından asılı olmayaraq, növbəti mərhələ yenə son dərəcə şiddətli olacaq: “Qarşıdan gələn qışda müharibə dayanmayacaq, lakin mübarizə fərqli tempdə aparılacaq. Bu da, həm siyasi, həm də hərbi liderlərə qarşıda ağır və qanlı bir il ola biləcəyini əvvəlcədən planlaşdırmaq imkanı verir", - deyə Avstraliya ordusunun bu yaxınlarda təqaüdə çıxmış general-mayoru Mick Ryan NYT-ə bildirib.
Qadir, Bizimyol.info