Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya G20 sammiti zamanı Ukraynaya kütləvi zərbə endirə bilər"
"Rusiya G20 sammiti zamanı Ukraynaya kütləvi zərbə endirə bilər"

Rusiya noyabrın 15-16-da Balidə G20 sammiti keçiriləcək zaman Ukraynaya kütləvi raket hücumu həyata keçirməyə cəhd edə bilər.

Bizimyol.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri(HHQ) Komandanlığının spikeri Yuri İqnat Ukrayna telemarafonunun efirində dediyib.

"Rusiya simvolik tarixləri çox sevir və G20 bu sammit də onların strategiyasına uyğun hesab oluna bilər. Ruslar güc toplayır, lakin onlar bir raketi qısa müddətdə istehsal edə bilmirlər. Bu bir-iki günün işi deyil", - İqnat deyib.

"Tam miqyaslı işğaldan əvvəl sahib olduqları raketlər illərdir düzəldilib. Onlar saxlanılıb, yetişdirilib. İndi texnoloji dəyişikliklər rusları çox mürəkkəb raket istehsalı prosesi ilə üzləşdirib. Buna uyğunlaşmaq isə zaman tələb edir. Bu günə qədər onlar Ukraynaya inanılmaz sayda raket atıblar və artıq onlar oktyabrın 10-da olduğu kimi çox raket aşışını tətbiq edə bilmirlər. Anbarlarda olanlarrı daşıyıb uygun ərazilə yığacaqlar ki, nə vaxtsa yenidən zərbə endirsinlər”, - İqnat bildirib.

Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsinin sözlərinə görə, Rusiyanın G20 sammiti günlərində növbəti zərbəni vurmağa hazırlaşması tamamilə mümkündür: "Bununla belə, hadisələr yaxınlaşır və G20 sammitinə günlər qalıb. Onlar xüsusi olaraq belə günlərdə hardasa, hansısa təxribat hadisəsi törətməyi sevirlər", - deyə İqnat bildirib.

G20-nin hazırkı sammiti noyabrın 15-16-da Balidə keçiriləcək. Dəvət olunan ölkələr arasında, xüsusən də Ukrayna münaqişəsi, bundan əlavə sülh, sağlamlıq, rəqəmsal transformasiya və davamlı enerjiyə keçid lə bağlı müzakirələr gündəmdədir.

İndoneziya prezidenti Coko Vidodo Rusiya prezidentini sammitə dəvət edib. Lakin bu məsələ ilə bağlı uzun sürən sükutdan sonra noyabrın 11-də Kreml cavab verdi ki, Putin sammitdə iştirak etməyəcək, onun yerinə xarici işlər naziri Sergey Lavrovu göndərəcək. Zelenski də öz növbəsində sammitdə çıxışa hazır olduqlarını açıqlayıb.

Ağ Ev həmçinin vurğulayıb ki, ABŞ dövlət katibi Entoni Blinken Lavrovla görüşməyəcək, çünki təcavüzkara əvvəlki kimi yanaşmaq olmaz.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »