Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alkoqol istəyini azaltmaq üçün dünyada ilk texnoloji cihaz hazırlanıb
Alkoqol istəyini azaltmaq üçün dünyada ilk texnoloji cihaz hazırlanıb

Finlandiyanın Aalto Universitetinin bir qrup nevroloqu alkoqol istəyini azaltmaq üçün dünyada ilk texnoloji cihaz hazırlayıb.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, “Hento Touch” adlı qadcet biləkdə taxılan və geyimlə asanlıqla gizlənə bilən bilərzikdir. Biləklikdə daxili tərəfdə dəriyə bitişik onlarla elektrod var. Cihazın işləmə prinsipi toxunmadır. Yəni zəif elektrik impulslarının köməyi ilə yüngül və xoş toxunuşları simulyasiya edərək, müəyyən sinir sxemlərinə təsir göstərir.

Bu, parasempatik sinir sistemini aktivləşdirir, stressi azaldır. Hələ uzun illər əvvəl iddia edirdi ki, alkoqolizmin qarşısını almaq üçün residivlərin əsas səbəbi stressdir. Yəni insanlar stresə düşdükləri daha çox alkoqollu içkilərə meyilli olurlar.

Qeyd edək ki,  dünyada hər il 3 milyona yaxın insan alkoqolizm səbəbi ilə yaranan müxtəlif xəstəliklərdən həyatını itirir.

Eyni zamanda alkoqol aludəçilərinin təxminən 75 faizi müəyyən səbəblərdən heç bir müalicə görmür.

“Hento Touch” layihəsinin əməkdaşı Juliana Harkki qeyd edib ki, biləkliyin toxunması  zamanı parasimpatik sinir sistemi digər  maddələrlə yanaşı, dopamin və oksitosini ifraz edilir. Toxunma həm də stressə dözümlülüyü artırır.

Mütəxəssislər qeyd edib ki, cihaz apteklərdə reseptsiz olaraq satılacaq.

Tədqiqatçıların fikrincə, bilərziyin dərman terapiyası və psixoterapiya ilə birlikdə istifadəsi insanlara təkcə alkoqoldan deyil, həm də digər asılılıqlar - məsələn, kompüter oyunlarına qarşı olan asılılıqdan, qumar asılılığı kimi oxşar vəziyyətlər zamanı stresin idarə edilməsi üçün işə yarayacaq.

Xatırladaq ki, cihaz üçün patent ərizəsi verilib.

Türkan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »