Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərb Rusiyanın Avropaya hücumuna qarşı hərbi təlimə başlayıb
Qərb Rusiyanın Avropaya hücumuna qarşı hərbi təlimə başlayıb

ABŞ, Britaniya və Avstraliya hərbçiləri Rusiyanın Avropaya hücumu təhlükəsini simulyasiya edəcək birgə hərbi təlimə başlayıb.

Minlərlə döyüşçü ABŞ-ın Fort İrvinedəki təxminən 1000 kvadrat millik hərbi bazasında iki həftə təlim keçəcək. Hərbçilər Ukrayna çölünün relyefinə bənzər açıq ərazilərdə təlim keçirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. ABŞ, Britaniya və Avstraliya hərbçiləri təcavüzkara qarşı mübarizənin bir neçə variantı üzərində çalışacaqlar. Hərbi təlimin birinci hissəsi Sakit okeandakı münaqişəni, ikinci hissəsi isə Avropadakı quru müharibəsini simulyasiya edəcək.

Maraqlıdır ki, birgə təlimlər Çin və Rusiya ilə artan gərginlik fonunda keçirilir. Gələn il Avropada da oxşar birgə təlimlərin keçiriləcək. Xatırladaq ki, Amerika, Britaniya və Avstraliya hərbçiləri Rusiyaya qarşı müharibədə Ukrayna Silahlı Qüvvələrinin təcrübəsini nəzərə almaq niyyətindədirlər. Xüsusilə, hərbçilər Ukrayna qoşunlarının tətbiq etdiyi taktika üzərində işləyəcəklər.

Yəni hərbçilər PUA-ların aktiv istifadəsini dərindən öyrənəcəklər. Qeyd edək ki, Vşeqrad Qrupuna daxil olan ölkələrin “Puma-22” adlı hərbi təlimləri Polşada baş tutub. Təlimlərə Polşa, Çexiya, Slovakiya, Macarıstan, Böyük Britaniya və ABŞ silahlı qüvvələri cəlb edilib. Təlimlərdə 2 minə yaxın hərbi qulluqçu iştirak edib və 300 hərbi texnika cəlb edilib.

Bu yaxınlarda Belarusa 9 minə yaxın rus hərbçisinin göndərilməsi, Ukraynanın onları cilovlaya bilməsə, Litvanın Kremlin növbəti hədəfinə çevrilə biləcəyi ilə bağlı qorxuları artırıb. Bunu nəzərə alaraq ölkə Rusiyanın mümkün hücumuna hazırlaşmağa başlayıb.

Xatırladaq ki, Pentaqon ABŞ və müttəfiqlərinin Silahlı Qüvvələrinin necə təlim keçdiyini və təchiz edildiyini nəzərdən keçirməyə hazırlaşır.

Eyni zamanda Ukraynanı silahlandırmaq üçün yeni komandanlıq yaratmağı planlaşdırır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »