2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban qadınların hüquqlarına qoyulan məhdudiyyətləri artırmağa davam edir. Belə ki, əvvəllər təhsil almağa qadağa qoyulan qadınların indi Kabildə əyləncə parklarına və bağçalarına getməsi qadağan edilib.
Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, Talibanın Etika Nazirliyi qərarı açıqlayanda buna səbəb kimi qadınların geyim qaydalarına əməl etməməsi göstərilib.
Məlumat üçün bildirək ki, indiyədək bu ölkədə kişi və qadınların müxtəlif vaxt intervallarında park və bağlara girməsinə icazə verilirdi.
Sonda onu da qeyd edək ki, Fəzilət, Təbliğ və Əxlaq Nazirliyinin sözçüsü Məhəmməd Akif Mühacir yerli mətbuata verdiyi müsahibədə bildirib: “Son 14-15 aydır ki, şəriət və mədəniyyətimizə uyğun bir mühit təmin etməyə çalışırıq.
Təəssüf ki, park sahibləri bizimlə o qədər də yaxşı əməkdaşlıq etmədilər və qadınlar tövsiyə edildiyi kimi hicab taxmadılar. Bu səbəbdən də qadınların parklara getməsi üçün qərar qəbul etmişik.
Hələlik qanuna qərar verilib”.
Leyla Mirzə